Icma.az
close
up
RU
İranda artan təzyiq: qadın müğənniləri belə susdurur

İranda artan təzyiq: qadın müğənniləri belə susdurur

GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Müğənnilər Golsa Rəhim Zamani və Pərəstu Əhmədiyə ictimai çıxışlarına görə sosial mediadan istifadə qadağan edilib.

Globalinfo.az “Azadlıq radiosu”nə istinadən xəbər verir ki, İran qadın müğənniləri susdurmaq üçün təzyiqlərini artırıb.

Son həftələrdə bir neçə qadın saxlanılıb və ya hakimiyyət orqanları tərəfindən çağırılaraq onlara xəbərdarlıq edilib. Qadın müğənnilərin “Instagram” səhifələri bağlanıb.

1979-cu il inqilabından bəri İranda qadınların ictimai yerlərdə solo mahnı oxuması qadağan edilib. Lakin məhdudiyyətlərə baxmayaraq, bir çox qadın sənətçi həm mahnı oxumaq qadağasına, həm də ölkənin sərt hicab qanunlarına qarşı çıxaraq səslərini bölüşmək üçün sosial mediadan istifadə edir.

Onlardan biri Golsa Rəhim Zamanidir. Onun “Instagram” hesabı İran Kiber Polisinin əmri ilə qadağan edilib.

Digər müğənni Reyhanunun da səhifəsi silinib, müğənni və musiqi müəlliməsi Bita Hacı Sadeqian isə İsfahandakı səlahiyyətlilər tərəfindən çağırılaraq ona xəbərdarlıq edilib. Musiqi müəlliməsi “ictimai ədəb-ərkanı pozmaqda və nalayiq əsərlər dərc etməkdə” ittiham edilib.

Fevralda müğənni Hiva Seyfzadə Tehranda çıxış etdiyi vaxt mülkigeyimli agentlər onu həbs ediblər. Sonradan Hiva sərbəst buraxılsa da, onun sosial media hesabları bağlanıb.

Keçən ilin avqustunda müğənni Zara Esmaili ictimaiyyət qarşısında çıxış edərkən saxlanılıb. Onun Emi Uaynhausun “Back to Black” hitini ifa etdiyi video sosial mediada geniş yayılıb. Zaranın hazırda harada olduğu məlum deyil.

Dekabrda müğənni Pərəstu Əhmədi saçları açıq və kişilərdən ibarət musiqiçilərlə müşayiət olunan bir çıxış etmiş, bu isə böyük bir səs-küy yaratmışdı. “YouTube”a yüklənən bu video sürətlə yayıldı və həm qadın müğənnilərə qoyulan qadağaya, həm də İranın məcburi hicab qanunlarına meydan oxuduğu üçün ona təriflər gəldi. Bundan sonra o saxlanıldı, Pərəstu və onun musiqiçi yoldaşlarına qarşı “qanunsuz konsert” təşkil etdikləri üçün hüquqi prosedur başladıldı.

Bu repressiyalar din xadimləri də daxil olmaqla, bir çoxlarının tənqidinə səbəb olub.

Qum şəhərindən olan islahatyönümlü din xadimi Məhəmməd Tağı Fəzəli Meybudi qadınların mahnı oxumasına qarşı qadağanın əsassız olduğunu bildirib. O deyib ki, bunun üçün heç bir dini əsas yoxdur.

Karyerasının zirvəsində çıxışına qadağa qoyulan İranın musiqi ikonası Ququş da qadın musiqiçilərə dəstəyini ifadə edib.

“Bu, gələcək nəsillərin danışacağı tarixi bir məqamdır. Daha çox qadın səhnəyə çıxacaq – geriyə dönüş yoxdur”, – o, dekabrda bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Mart 2025 05:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri