Icma.az
close
up
RU
İranda dövlət müəssisələri istilər səbəbindən bağlanıb

İranda dövlət müəssisələri istilər səbəbindən bağlanıb

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İranın 18 əyalətindəki dövlət qurumları həddindən artıq istilər səbəbindən artan enerji istehlakını kompensasiya etmək üçün bağlanıb.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu gün tətil elan edilən bölgələrin siyahısında Yəzd, Cənubi Xorasan, Xuzistan, Mazandaran, Simnan, Qum, Kürdüstan, Hörmüzqan, Kirmanşah, Əlburz, Mərkəzi, Gülüstan, Qəzvin, Kirman, Şimali Xorasan, Rəzəvi Xorasan, Zəncan və Həmədan əyalətlərindəki dövlət qurumları yer alıb.

Qeyd edək ki, paytaxt Tehranda həddindən artıq enerji istehlakının qarşısını almaq üçün son günlər müxtəlif bölgələrdə gündəlik iki saatlıq elektrik enerjisi kəsilir.

Məhəmməd Tağıyev

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Avqust 2025 19:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri