İranda anomal istilər: dövlət və təhsil müəssisələri bağlanır
Icma.az xəbər verir, Azxeber.com saytına əsaslanaraq.
İranın cənub-şərqində yerləşən Kerman əyalətində hava temperaturunun kəskin artması və elektrik enerjisi sisteminin sabitliyinin qorunması məqsədilə dövlət və təhsil müəssisələrinin fəaliyyətinə fasilə veriləcək.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, İranın rəsmi IRNA agentliyinin yaydığı məlumata görə, Kerman Valiliyinin qərarı ilə əyalətdəki bütün dövlət qurumları və təhsil müəssisələri sabah fəaliyyət göstərməyəcək.
Qərarın təcili yardım, səhiyyə, xidmət, hərbi və polis bölmələrinə, eləcə də müəyyən edilmiş bank və sığorta filiallarına şamil olunmadığı bildirilib.
İsti və yarımsəhra iqliminə malik Kerman əyalətində son illərdə temperaturun rekord həddə çatdığı, anomal istilərin isə gündəlik həyata mənfi təsir göstərdiyi qeyd olunur.
Gülay
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 21 İyul 2026 16:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















