İranda edam hökmləri sürətləndirilir
Icma.az bildirir, Bakivaxti portalına istinadən.
İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün-Ejei məhkəmələri ABŞ və İsraillə münaqişə ilə bağlı işlərdə ölüm hökmlərinin çıxarılmasını sürətləndirməyə çağırıb.
Bakıvaxtı.az "The Times of Israel" qəzetinə istinadən xəbər verir ki, o, bu barədə yüksək rütbəli məhkəmə məmurlarının müşavirəsində bildirib.
"Siz edam və əmlakın müsadirə edilməsi ilə bağlı hökmlərin çıxarılmasını sürətləndirməlisiniz", - Ejei deyib.
Qəzet qeyd edir ki, fevralın 28-də ABŞ və İsrailin birgə əməliyyatı başlayandan bəri İran hakimiyyəti yanvar etirazları, eləcə də "müharibə zamanı düşmənə yardım etmə" ilə bağlı işlər çərçivəsində 7 nəfəri edam edib. Qəzetin məlumatına görə, daha onlarla insan barəsində ölüm hökmünün çıxarılması gözlənilir.
Baxış sayı:123
Bu xəbər 07 Aprel 2026 20:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















