İranda “İqtisadi Hərbi Qərargah” yaradıldı
Modern.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
İranın İqtisadiyyat və Maliyyə Nazirliyi ölkədə münaqişə zamanı yaranan iqtisadi problemlərin operativ həlli məqsədilə xüsusi qərargah yaradıb.
Modern.az xəbər verir ki, bu barədə nazir müavini Morteza Zəmanian məlumat verib.
Onun sözlərinə görə, yeni struktur müəssisələrin fəaliyyəti, ticarət, maliyyələşmə və iqtisadiyyatın digər sahələrində yaranan problemləri izləyəcək və onların mümkün qədər tez aradan qaldırılması üçün tədbirlər görəcək.
Problemin həlli bir neçə nazirliyin iştirakını tələb etdiyi halda, qərargah onların fəaliyyətini əlaqələndirəcək və mühüm məsələləri hökumətin müzakirəsinə çıxaracaq.
Zəmanian bildirib ki, strukturun əsas məqsədi qərarların qəbulunu sürətləndirmək və mühüm iqtisadi məsələlərin bürokratik prosedurlar səbəbindən ləngiməsinin qarşısını almaqdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 06 Sentyabr 2026 15:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















