“İranda kim məsuldur, heç kim bilmir, danışmaq istəyirlərsə...”
Qafqazinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
ABŞ Prezidenti Donald Tramp xüsusi elçisi Stiv Uitkoff və kürəkəni Cared Kuşnerin İran tərəfi ilə danışıqların ikinci mərhələsi üçün Pakistanın paytaxtı İslamabada planlaşdırılan səfərinin ləğv edilməsi qərarının səbəbi kimi İran rəhbərliyindəki “daxili çəkişmələr və qarışıqlığı” göstərib.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
“Mən nümayəndələrimin iranlılarla görüşmək üçün İslamabada səfərini ləğv etdim. Bu səfər çox vaxt və iş tələb edirdi. Üstəlik, onların rəhbərliyində ciddi daxili çəkişmələr var. Kim məsuldur, heç kim bilmir. Bütün kartlar bizdədir, onların isə heç biri yoxdur. Danışmaq istəyirlərsə, sadəcə zəng etməlidirlər”.
Qeyd edək ki, o, daha əvvəl səfərin elan olunduğu gün “Reuters”ə açıqlamasında “hazırda məsul şəxslərlə işlədiklərini” bildirmişdi.
Bununla belə, Tramp bir gün əvvəl Oval Ofisdə jurnalistlərə açıqlamasında ABŞ-nin İran rəhbərliyinin kim olduğunu müəyyən etməyin çətin olduğunu söyləmişdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 25 Aprel 2026 20:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















