Baş nazir: Gürcüstanın Aİ üzvü olması üçün hər şey ediləcək
Icma.az, Apa.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Gürcüstanın Avropa İttifaqının tamhüquqlu üzvü olması üçün mümkün olan hər şey ediləcək”.
APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze İmedi telekanalının “Açıq efir” proqramında deyib.
O, avrointeqrasiyanın Gürcüstan hakimiyyətinin məqsədi olaraq qaldığını vurğulayıb.
“Ümid edirik ki, Avropa İttifaqı daxilində yanaşmalar dəyişəcək və Avropanın təqribən 70 il ərzində üzərində dayandığı ənənəvi dəyərlər bərpa olunacaq. Biz, həmçinin ümid edirik ki, Avropa İttifaqı daxilində hazırda müşahidə olunan mənfi tendensiyalar dəyişərək müsbət istiqamət alacaq. Bu, bizim nikbin gözləntimizdir”, - deyə Kobaxidze bildirib.
Qeyd edək ki, iki il öncə — 2024-cü ilin noyabrın 28-də Gürcüstan hökuməti Avropa İttifaqına üzvlüklə bağlı danışıqları 2028-ci ilədək gündəmə gətirməyəcəyini bəyan edib. Hökumət Gürcüstanın Aİ-yə üzvlüyə 2030-cu ildə daha hazırlıqlı olacağını bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:54
Bu xəbər 28 Noyabr 2026 22:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















