Icma.az
close
up
RU
İranda nüvə silahı var, sadəcə bu, İrana məxsus deyil Politoloq

İranda nüvə silahı var, sadəcə bu, İrana məxsus deyil Politoloq

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İranın xarici işlər naziri Abbas Əraqçi açıqlamasında deyib ki, İran nüvə proqramından əl çəkməyəcək. 

Belə olan halda ABŞ-nin cavabı necə ola bilər?

Bu barədə Redaktor.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi ki, İsrail-İran münaqişəsinin hələ uzun müddət davam etməsi ehtimalı var.

"Tərəflər hazırda münaqişəni dondurublar, yəni münaqişə tam olaraq həll olunmayıb. Belə olan halda, münaqişəyə yenidən qayıda bilərlər. Bir tərəfdən Tramp münaqişəni ona görə dondurmağa çalışdı ki, ABŞ və dünya ictimaiyyəti bunun əleyhinə idi. İkinci tərəfdən, İranın müttəfiqlərinin buna müdaxilə etmə ehtimalı da var. Pakistan, Çin, Rusiya üstüörtülü şəkildə də olsa, İrana kömək edirdi.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev mənim illər öncə dediyim faktla bağlı bir məsələni dedi. Mən illər öncə deyirdim ki, İranda nüvə silahı var. Sadəcə, bu İrana məxsus deyil, Rusiyaya məxsus nüvə başlıqlarıdır. Medvedev də təxminən onu təsdiqlədi ki, İrana müttəfiq ölkələr nüvə başlığı verə bilər. Bunlardan hansısa biri Trampın münaqişəni dondurmasına səbəb oldu.

Burada iki məsələ var. Tramp deyir ki, İran nüvə proqramını davam etdirsə, biz ona zərbələr endirə bilərik. İran XİN isə deyir ki, biz nüvə proqramını davam etdirəcəyik. Bu, münaqişənin bitmədiyini göstərir. Digər tərəfdən, İsraillə İran arasında kiçik çaplı atışmalar olurdu, onlar da davam edə bilər. Yəni burada yekun rəy yoxdur ki, yekunlaşsın".

Politoloq qeyd etdi ki, İsrail və İran arasında münaqişə yenidən qığılcımlanarsa, ABŞ də yenidən qoşula bilər.

"Məsələ isə ABŞ-nin İranla bağlı böyük narahatlıqlarının olmasıdır. İranın Çin-Rusiya blokuna qoşulması həm iqtisadi, həm siyasi, həm də maliyyə cəhətdən ABŞ-yə çox böyük zərər verir. ABŞ ona görə İranı nəzarətə götürməyə çalışacaq. Bu necə olacaq, bunu deyə bilmərəm, amma düşünürəm ki, ABŞ bu məsələni həll etməlidir", - deyə Turab Rzayev vurğuladı.

Xədicə BAXIŞLI 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:172
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 25 İyun 2025 20:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see373

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see274

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see260

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see249

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see246

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see242

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see236

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see235

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see230

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see221

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see211

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see200

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see197

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see196

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see195

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see195

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see194

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see186

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see183

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri