İranda qadın motosiklet sürücülərinə qarşı tədbir görülməsi tələb edildi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Qəzvin şəhərinin cümə imamı “açıq-aşkar şəhərdə qayda pozuntuları” adlandırdığı halları tənqid edərək qadın motosiklet sürücülərinə qarşı dərhal tədbir görülməsini və qızlarla oğlanların bir yerdə oturduğu kafelərin bağlanmasını tələb edib.
Bakıvaxtı.az xəbər verir ki, o, qadınlara motosiklet sürücülük vəsiqəsinin verilmədiyini qeyd edərək deyib: “Əgər bir qadının motosiklet sürdüyü müşahidə olunarsa, polis həmin yerdə onu saxlamalıdır; çünki onun sürücülük vəsiqəsi yoxdur və qanunsuz iş görür".
Hüseyn Müzəffəri bu məsələni hicab məsələsindən ayrı şəkildə irəli sürdüyünü vurğulayaraq deyib: “Qanunsuz işlər görülməməlidir".
O, şəhərdə kafelərin sayının artmasını tənqid edərək lisenziyası olmayan kafelərin bağlanmasını tələb edib və bələdiyyədən ictimai ərazilərdə masa və stul yerləşdirən kafelərə qarşı tədbir görülməsini istəyib.
Müzəffəri belə məkanlarda qızlarla oğlanların bir arada olmasının ictimai mədəniyyətə təsir etdiyini iddia edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:147
Bu xəbər 15 Sentyabr 2026 21:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















