Motosiklet sürücülərinə qarşı REYD: 22 nəfər saxlanıldı
Icma.az, Baku.ws saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sumqayıt şəhərində motosiklet sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması, təhlükəli manevrlərin edilməsi və normadan artıq səs-küy yaradılması hallarının qarşısının alınması məqsədilə polis əməkdaşları tərəfindən nəzarət-profilaktik tədbirlər keçirilib.
BAKU.WS xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, Sumqayıt Şəhər Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin və digər xidmət sahələrinin əməkdaşlarının iştirakı ilə şəhərin müxtəlif ərazilərində keçirilən tədbirlər zamanı ümumilikdə 22 motosiklet sürücüsü saxlanılıb. Araşdırmalarla onlardan 2 nəfərin narkotik vasitənin təsiri altında motosiklet idarə etdiyi müəyyən olunub. Həmin şəxslər barəsində müvafiq materiallar toplanaraq baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs 15 gün müddətinə inzibati qaydada həbs edilib.
Digər 20 şəxsin isə sürücülük hüququ, eləcə də dövlət qeydiyyat nişanı olmadan motosiklet idarə etdikləri müəyyən edilib. Aşkar olunan faktlarla bağlı qanunvericiliyin tələblərinə uyğun inzibati tədbirlər görülüb.
Sumqayıt şəhərində yol hərəkəti təhlükəsizliyinin və ictimai asayişin təmin edilməsi, bu kimi qanunazidd halların qarşısının alınması istiqamətində nəzarət-profilaktik tədbirlər davam etdiriləcək.
Sonda bir daha motosiklet sürücülərinin diqqətinə çatdırılır ki, yol hərəkəti qaydalarına ciddi riayət etsinlər, təhlükəli manevrlərdən, eləcə də ictimai asayişi pozan hərəkətlərdən çəkinsinlər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 24 Sentyabr 2026 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















