İranda qan su yerinə AXIR Polis İdarəsinə OD vuruldu, 15 yaşlı yeniyetmə ÖLDÜRÜLDÜ VİDEO
Icma.az, Bizim media portalına istinadən məlumat verir.
Lorestan əyalətinin Azna şəhərində keçirilən etirazlar zamanı təhlükəsizlik qüvvələrinin açdığı atəş nəticəsində üç nəfər həyatını itirib. Həlak olanlar Vəhab Musəvi, Şayan Əsədullahi və 15 yaşlı yeniyetmə Mistafa Haşemiandır.
Bizim.Media Azad İran Teleqram kanalına istinadən xəbər verir ki, etirazlar zamanı azı 10 nəfər müxtəlif dərəcəli güllə yaraları alıb. Yaralıların bir qisminin vəziyyətinin ağır olduğu bildirilir.
Mənbələrin verdiyi məlumata əsasən, təhlükəsizlik qüvvələri öldürülən şəxslərin ailələrini təhdid edərək ictimai dəfn və anım mərasimlərinin keçirilməsinə icazə verilməyəcəyini bildirib.
Həmçinin İranın Azna şəhərində Polis İdarəsinə od vurulub.
Etirazçılar Lorestan əyalətində Azna şəhər Polis İdarəsini yandırıb və bir neçə polisi öldürüb. Bundan əlavə, qəzəbli insanlar Kəvar şəhərində SEPAH-a məxsus avtomobili aşıraraq yandırıblar.
Bizim.Media
Baxış sayı:85
Bu xəbər 02 Yanvar 2026 09:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















