Icma.az
close
up
RU
“İRANDA REJİM DƏYİŞİKLİYİ MƏRHƏLƏSİ ARTIQ BAŞLAYIB” “Atəşkəsdən sonra sürətlə davam edəcək”

“İRANDA REJİM DƏYİŞİKLİYİ MƏRHƏLƏSİ ARTIQ BAŞLAYIB” “Atəşkəsdən sonra sürətlə davam edəcək”

Azpolitika.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov İran ətrafında cərəyan edən hərbi-siyasi proseslərin mümkün inkişaf ssenariləri ilə bağlı diqqətçəkən açıqlama verib. O, hesab edir ki, hazırkı hadisələri təhlil edərkən əsas istinad nöqtəsi anti-İran koalisiyasının irəli sürdüyü “dörd maddəlik ultimatum” olmalıdır.

T.Zülfüqarov bildirib ki, proseslərin məntiqi inkişafı göstərir ki, bu ultimatumun ən azı iki bəndi artıq faktiki şəkildə icra olunma mərhələsindədir.

Keçmiş nazir qeyd edib ki, davam edən hava və raket zərbələri nəticəsində İranın nüvə və raket proqramına aid istehsal zəncirinin onlarla obyekti tamamilə sıradan çıxarılır. 

Onun sözlərinə görə, bu obyektlərin dağıdılması İran rəhbərliyinin nüvə silahına və onun daşıyıcı vasitələrinə sahib olmaq planlarının faktiki sonu deməkdir: “Bu, ultimatumun iki bəndinin de-fakto yerinə yetirilməsi anlamına gəlir".

T.Zülfüqarov vurğulayıb ki, söhbət təkcə ayrı-ayrı obyektlərin vurulmasından yox, bütöv istehsal zəncirinin sıradan çıxarılmasından gedir ki, bu da proqramın uzunmüddətli perspektivdə bərpasını son dərəcə çətinləşdirir.

Eks-nazir üçüncü bəndə – İranın regiondan kənarda “müqavimət cəbhəsinə” verdiyi dəstəyə də toxunub. O qeyd edib ki, müharibənin əvvəlki mərhələlərində bu istiqamətdə ciddi zərbələr endirilib və həmin infrastruktur demək olar ki, tam dağıdılıb.

T.Zülfüqarovun fikrincə, bu faktor İranın regional təsir imkanlarını əhəmiyyətli dərəcədə zəiflədib.

Keçmiş XİN rəhbəri bildirib ki, ultimatumun dördüncü bəndi – “rejim dəyişikliyi” də artıq praktik mərhələyə keçib. 

Onun sözlərinə görə, hərbi əməliyyatların ilk iki günündə bu prosesə açıq şəkildə müqavimət göstərən əsas fiqurların hədəfli şəkildə aradan götürülməsi təsadüfi deyil: “Bu qədər yüksək səviyyədə seçici, hətta deyərdim ki, fərdiləşdirilmiş zərbələr göstərir ki, ABŞ və İsrail üçün İranda sirr qalmayıb".

T.Zülfüqarov hesab edir ki, bu, təkcə kəşfiyyat imkanlarının gücü ilə izah olunmur. Onun fikrincə, İran hakim elitasının müəyyən hissəsinin qarşı tərəflə əməkdaşlığı ehtimalı da nəzərdən qaçırılmamalıdır.

Tofiq Zülfüqarovun qənaətinə görə, İranda artıq sistemdaxili transformasiya prosesi start götürüb: "Bu gün ‘İran perestroykası’ başlayıb və bu proses atəşkəs’ əldə olunduqdan dərhal sonra daha sürətli templə davam edəcək".

Eks-nazir hesab edir ki, qarşıdakı mərhələ hərbi fazadan daha çox siyasi və institusional yenidənqurma mərhələsi olacaq və bu, ölkədaxili hakimiyyət balansına ciddi təsir göstərə bilər.

Rasim Əliyev

"AzPolitika.info"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:167
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 Mart 2026 08:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri