İranda rejim əleyhinə mahnılar ifa edən reper həbs edilib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İranda rejimi tənqid edən mahnıları ilə tanınan "Meşki" ləqəbli reper saxlanılıb.
"Azad İran" "Telegram" kanalı xəbər verir ki, reper qara maskada çıxış etdiyi videosuna görə həbs edilib.
Bildirilib ki, daha sonra o, başqa bir videoda maskasını çıxararaq əməllərindən peşman olduğunu deyib.
"Üzrxahlıq" videosunda görünən "Delo" ləqəbli digər reperin də saxlanıldığı barədə məlumat verilib.
Son günlərdə İranda çoxlu sayda musiqiçi həbs edilib. Həbslərdən sonra şəbəkədə yerləşdirilən "tövbə videoları" geniş ictimai əks-səda doğurub.
Həbs edilənlər arasında Araş Səyyadi və Əşkan Şakerian Müqəddəm kimi musiqiçilər də var.
Baxış sayı:98
Bu xəbər 11 Oktyabr 2025 17:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















