İranda xarici media ilə əlaqə cinayət sayılacaq
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İran parlamenti xarici media və təşkilatlarla əlaqələrə görə cəzaların daha da sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini təsdiqləyib.
Modern.az xəbər verir ki, layihəyə əsasən, ABŞ və İsrail mediasına, həmçinin bu ölkələr tərəfindən maliyyələşdirilənlərə müsahibə vermək və onlarla müzakirələr aparmaq qadağan edilə bilər.
Qadağanı pozan şəxslərin 6 aydan 2 ilədək azadlıqdan məhrum edilməsi nəzərdə tutulur.
Sənəddə digər xarici medialara verilən müsahibələr barədə dövlət orqanlarına əvvəlcədən məlumat verilməsi tələbi də yer alıb. Bundan başqa, xarici səfirlik və təşkilatlarla əlaqələrə, əcnəbilərə məlumat ötürülməsinə və xarici qurumlarla elmi əməkdaşlığa məhdudiyyətlərin tətbiqi təklif olunur.
Layihədə xarici dövlətlərin göstərişi ilə törədilən iqtisadi cinayətlərə görə cəzaların sərtləşdirilməsi də nəzərdə tutulub.
Xarici kəşfiyyat xidmətlərinin göstərişi ilə hazırlanmış və İranın təhlükəsizliyinə və ya müstəqilliyinə zərər vurduğu müəyyən edilən siyasi və qanunvericilik təkliflərinə görə isə 30 ilədək həbs cəzası verilə bilər.
Bu kateqoriyadan olan işlərə İranın inqilab məhkəmələrinin baxması nəzərdə tutulur.
Qanun layihəsinin qüvvəyə minməsi üçün İran Konstitusiyasının Keşikçilər Şurası tərəfindən də təsdiqlənməsi tələb olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:183
Bu xəbər 16 Avqust 2026 22:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















