Icma.az
close
up
RU
İranda yanğınların ardı kəsilmir: Təxribat, yoxsa?

İranda yanğınların ardı kəsilmir: Təxribat, yoxsa?

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İranda fabrik yanğınları və müxtəlif obyektlərdə partlayışlar diqqəti cəlb etsə də, hakimiyyət təxribat iddialarını rədd edir.

"Cebheinfo.az" xəbər verir ki, aprelin 26-da İranın cənubunda, Fars körfəzi sahilində, Bəndər Abbas Şəhid Rəcai limanında baş verən və onlarla insanın ölümünə səbəb olan partlayışdan sonra ölkənin müxtəlif bölgələrində ən azı beş yanğın baş verib.

Limanda baş verən partlayış təxribat iddialarına səbəb olub. İranın dini lideri Ayətullah Əli Xameneyi təhlükəsizlik və məhkəmə qurumlarına partlayışda qəsd və ya səhlənkarlığın olub-olmadığını öyrənməyi əmr edib. Limanda baş verən partlayışla bağlı istintaq davam edir.

Limandakı partlayışdan 3 gün sonra, aprelin 29-da İsfahanda barıt zavoduna məxsus talvarda növbəti partlayış baş verib. Partlayış nəticəsində iki işçi həlak olub, bir nəfər yaralanıb. Səlahiyyətlilər hələlik partlayışın səbəbini açıqlamayıblar.

İranda baş verən yanğınlar təkcə liman partlayışı və barıt fabriki insidentləri ilə məhdudlaşmayıb. Son bir neçə gün ərzində ölkənin müxtəlif bölgələrində yanğınlar baş verib. Əvvəlcə sosial şəbəkələrdə dünən Əlborz əyalətinin Kərəc şəhərində əsas elektrik stansiyasında yanğın baş verməsi xəbəri yayılıb. Daha sonra İran rəsmiləri yanğının elektrik stansiyasında deyil, yaxınlıqdakı zibil toplama sahəsində və karton fabrikində baş verdiyini bildirdi.

Sosial şəbəkələrdə yanğının elektrik stansiyasında baş verdiyinə dair görüntülər və iddialar yayılarkən, dövlət televiziyası stansiyadan görüntülər paylaşaraq stansiyada yanğın olmadığını bildirib.

Daha sonra İlam əyalətinin qərbində ildırım vurması nəticəsində meşəlik ərazidə yanğının baş verdiyi bildirilib. Bildirilib ki, Qum şəhərində mütəşəkkil sənaye zonasındakı fabrikdə yanğın baş verib. Yanğın zamanı ikisi ağır olmaqla 5 işçi xəsarət alıb.

Bunun ardınca İranın şərqindəki Rəzəvi Xorasan əyalətinin Məşhəd şəhərindəki fabrikdə böyük yanğın baş verdiyi açıqlanıb. Yanğının baş vermə səbəbləri araşdırılır, lakin tələfat və xəsarət alanlar barədə məlumat verilmir.

Nigar Hacılı 
"Cebheinfo.az"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:182
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 05 May 2025 10:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see289

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see284

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see275

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see262

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see255

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see250

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see237

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see226

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see219

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see211

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see208

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see207

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see206

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see203

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see196

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see190

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see189

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see173

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see170

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri