İrandakı vəziyyət aviaşirkətləri çökdürüb
Icma.az, Baku.ws portalına istinadən məlumat yayır.
Dünya aviaşirkətləri Yaxın Şərqdəki münaqişə səbəbindən COVID-19 pandemiyasından bəri ən ağır böhranla üzləşirlər.
BAKU.WS xəbər verir ki, bu barədə "Financial Times" (FT) qəzeti məlumat yayıb.
Onun hesablamalarına görə, ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatının başlanğıcından bəri səhmləri fond birjalarında ticarət edilən 20 ən böyük beynəlxalq aviadaşıyıcının bazar kapitallaşması 53 milyard dollar azalıb.
Bu arada, investorlar səhm qiymətlərinin daha da aşağı düşəcəyinə ümid edirlər. Məqaləyə görə, London Fond Birjasında ən aktiv satışlar Wizz Air və EasyJet şirkətlərindədir.
Qəzet əvvəllər bildirmişdi ki, münaqişə fonunda aviasiya yanacağı təchizatında fasilələr yaranacağından qorxaraq aviasiya şirkətləri ehtiyat planları hazırlayır. Yanacaq aviaşirkətlərin xərclərinin üçdə birini təşkil edir və İrana zərbələr başlayandan bəri üç həftə ərzində onun qiyməti ikiqat artıb və artmaqda davam edir.//Report.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:212
Bu xəbər 21 Mart 2026 11:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















