Icma.az
close
up
RU
Quru sərhədlərin bağlı olması turizmi çökdürüb EKSPERT

Quru sərhədlərin bağlı olması turizmi çökdürüb EKSPERT

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Bahalı təyyarə biletləri minlərlə turistin yolunu kəsdi

“Azərbaycan vətəndaşları üçün quru sərhədlərdən istifadə imkanları yaradılmalıdır. Qonşu ölkələrdə ailə üzvləri, yaxın qohum-əqrəbası olan vətəndaşlara müəyyən güzəştlər tətbiq edilə bilər”

Bu ilin ilk 10 ayında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 76,3 faizi hava, 22,4 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Dövlət Statistika Komitəsinin məlumatını şərh edən iqtisadçı Natiq Cəfərli quru sərhərlərin əcnəbilər üçün açıq, ölkə vətəndaşları üçünsə hələ də qapalı saxlanmasının məntiqsiz olduğunu deyib.

“Yaxşı, əcnəbilərin ölkəmizdən quru sərhədlərlə çıxışına, GETMƏSİNƏ tam icazə var, sərbəstdirlər, onların ölkədən quru sərhədlərlə buraxmamağa Azərbaycanın hüququ yoxdur – bunu bildik, bəs ölkəmizə GƏLƏN xarici vətəndaşların, təqribən 25 faizi dəmir yolu, avtomobil və dəniz nəqliyyatı ilə necə daxil olublar?! Bunların hamısı TİR sürücüsü ola bilməz axı, sayları 500 min nəfərdən çox edir, bəs necə quru sərhədlərdən, yaş sərhəd olan dənizdən ölkəmizə gəliblər?! Onlara olar, bizə ÖZ ölkəmizə gəlmək olmaz?!” - o bildirib. Ekspert vurğulayıb ki, quru sərhədlərin bağlı olması iqtisadiyyata, turizmə ciddi ziyan vurur.

Qeyd edilir ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycana 183 ölkədən 2 milyon 171,6 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 faiz az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Yəni turist sayı azalıb. Ötən illərin statistikasına baxıldıqda ölkəmizə gələn turist sayının ildən-ilə azaldığı müşahidə edilir. Ekspertlər bunun səbəbini əsasən quru sərhədlərin bağlı olmasında görür. Statistika da bunu təsdiq edir. 2024-cü ilin yanvar-fevral aylarında ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 67,6 faizi hava, 31 faizi dəmir yolu və avtomobil, 1,4 faizi isə dəniz nəqliyyatından istifadə edib. Göründüyü kimi rəqəmlər azalmağa doğru gedir. Ötən il 31 faiz quru yoldan istifadə etmişdisə, bu il göstərici 22 faizə enib.  

Məsələylə bağlı Sherg.az-a danışan iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, turist sayında azalma əsasən quru sərhədlərin bağlı olmasıyla əlaqəlidir: 

- İnsanlar vardı ki quru yolla, qatarla, şəxsi avtomobilləri ilə qonşu ölkələrə səyahət edə bilirdilər. Bu imkanlar məhdud olduğu üçün, hava nəqliyyatı ilə səfərlər də xeyli baha olduğu üçün səyahət edənlərin sayında, təbii ki, azalmalar var. Əcnəbilər səyahət edəcəkləri ölkə barədə ətraflı məlumat alır, qiymətlərlə, təklif olunan tur-paketlərlə maarqlanırlar. Turistlərin əksəriyyətinə sərf etmir təyyarə ilə başqa bir ölkəyə getmək. Xüsusən, bu ölkə qonşudursa, səyahət üçün qatar, avtomobil, dəniz nəqliyyatı imkanları varsa. Məsələn, Gürcüstandan ölkəmizə gəzinti üçün səfər etmək istəyən şəxs niyə bahalı təyyarə reysinə bilet almalıdır, bir halda ki, quru yolla gəlib, gəzib-dolaşıb geri qayıda bilər. Eləcə də Xəzərətrafı dövlətlərin vətəndaşları. Qardaş Türkiyə, qonşu İran. Quru sərhədlər açıq olsa, bu ölkələrin vətəndaşları rahat şəkildə səfər edər və bu onlara daha ucuz başa gələr, nəinki hava nəqliyyatı ilə hərəkət etmək. Aydın məsələdir ki, hava nəqliyyatı hər nə qədər ucuz, bəzən güzəştli paketlər olsa da, yenə də quru sərhədlər vasitəsilə səfərlər daha ucuz başa gəlir, həm də əcnəbilər səyahət zamanı bir çox məkanları keçməklə daha çox yerləri gəzmiş olurlar. Xaricə səfərlərdə daha çox hava nəqliyyatından istifadə də quru sərhədlərin bağlı olmasından irəli gəlir. Quru sərhədləri açıq olduğu dönəmlərdə imkanlı şəxslər təyyarə ilə səfərlərə üstünlük verirdi, ortabab, nisbətən az təminatlılar avtomobil və dəmiryolundan istifadə edirdi. İndi bu şərtlər yoxdur. Ortabab ailələr yüksək qiymətə aviabiletlər alıb xarici ölkələrə səyahətə gedə bilmir. Quru sərhədlər qapalı olduğu üçün vətəndaşlar ölkə daxilində qalır, yalnız daxili turizmdən istifadə edə bilirlər.  

F.İbrahimov qeyd etdi ki, quru sərhədlərlə ölkəmizə gələnlər böyük ehtimalla işgüzar səfərə gələn, beynəlxalq, regional səviyyəli tədbirlərə, konfranslara qatılanlardır:  

- Bu ilin yanvar-may aylarında Azərbaycana konkret olaraq turizm məqsədilə gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 670 196 nəfər təşkil edib. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz çoxdur. Amma bu göstəricinin 145 532 nəfəri ölkəyə işgüzar məqsədlə gələnlərin payına düşür. Bu isə 1 il əvvələ nisbətən 93,9 faiz çoxdur. Maraqlıdır ki, statistik məlumatlara görə, Azərbaycana işgüzar səfərlər ən çox Rusiyadan baş tutub. Hətta qardaş Türkiyədən gələnlərin sayından da artıqdır bu göstərici. Bu da onu göstərir ki, münasibətlərdə müəyyən gərginliyə baxmayaraq, Azərbaycan Rusiya vətəndaşları üçün də əlverişli ölkədir. Ola bilsin, Rusiyadan ölkəmizə səfər edənlərin bir hissəsini azərbaycanlılar təşkil edir. Bu da mənfi hal deyil. Bütün hallarda ölkəmizə investisiya axını var. İstər turizm səfərləri, istərsə də işgüzar səfərlər hesabına. 

Ekspert bildirdi ki, Azərbaycan vətəndaşları üçün quru sərhədlərdən istifadə imkanları yaradılmalıdır: 

- Hesab edirəm ki, qonşu ölkələrdə ailə üzvləri, yaxın qohum-əqrəbası olan vətəndaşlara müəyyən güzəştlər tətbiq edilə bilər. İnsanlar üçün maddi baxımdan çətindir hava nəqliyyatı ilə hərəkət etmək. Başqa bir ölkədən öz ölkəmizə quru yolla qayıtmağa icazə varsa, çıxışa da icazə verilə bilər. Gəlişə icazə var, gedişə yox. Hazırda müasir texnologiyalar, yoxlama aparatları, elektron məlumat bankı kimi sistemlər gömrük və hüquq-mühafizə orqanlarına, sərhəd xidmətinə vətəndaşlar barədə ətraflı məlumat əldə etmək imkanı verir.  Vətəndaş niyə, hara gedir, həqiqətən ailə üzvləri varmı qonşu ölkədə və sair bu kimi məlumatlara malik olan dövlət orqanları üçün adi bir vətəndaşın ölkə xaricinə gömrük-keçid postundan keçərək getməsi problem olmamalıdır.   

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:108
embedMənbə:https://sherg.az
archiveBu xəbər 28 Noyabr 2025 08:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see255

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see248

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see225

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see223

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see220

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see219

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see214

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see212

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see210

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see201

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see185

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see184

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see182

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see175

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see175

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see165

Çox çəki atan kouçdan bədən şəkilləndirmə etirafı VİDEO

02 Oktyabr 2026 19:56see163

Azərbaycanda neçə cüzamlı xəstə var?

03 Oktyabr 2026 01:32see158

ADA Universitetinin məzunları Azərbaycanın transformasiyasında böyük rol oynayırlar Hafiz Paşayev

02 Oktyabr 2026 18:35see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri