İrandan 31 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alındı
Icma.az, Bakivaxti portalına istinadən məlumat verir.
İrandan 31 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Bu barədə Bakıvaxtı.az-a Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.
Bildirilib ki, dekabrın 15-də saat 23:00 radələrində DSX-nin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində İrandan Azərbaycan istiqamətinə dövlət sərhədinin pozulması əlamətləri aşkar olunub.
Sərhəd zastavası "Silaha" komandası üzrə qaldırılmış, xidməti ərazi tam qapadılıb.
Keçirilmiş kompleks sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində dövlət sərhədini pozmaqla ümumi çəkisi 31 kiloqram narkotik vasitəni ölkə ərazisinə gətirməyə cəhd göstərən Lənkəran rayon sakinləri – 1985-ci il təvəllüdlü Şahbazov Qədir Hüseynağa oğlu və 1986-cı il təvəllüdlü Babayev Zamiq Mövsümağa oğlu saxlanılıb.
Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:38
Bu xəbər 16 Dekabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















