Icma.az
close
up
RU
İrandan ABŞ yə çağırış: “Toylara hücumlara görə cavab verin!”

İrandan ABŞ yə çağırış: “Toylara hücumlara görə cavab verin!”

Icma.az bildirir, Modern.az portalına istinadən.

İran tərəfi bəyan edib ki, ABŞ müxtəlif ölkələrdə toy mərasimlərinə hücumları ilə bağlı dünya ictimaiyyətinə cavab verməlidir.

Modern.az xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı bəyanatda qeyd olunub.

Bəyanatda ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) sentyabrın 1-də İranın Hormozqan əyalətinin Sirik şəhərində toy mərasiminə hava zərbəsi endirdiyi bildirilib.

SEPAH-ın məlumatına görə, hücum nəticəsində mərasimdə iştirak edən 70-ə yaxın insan yaralanıb və ya zərər çəkib. Onlardan 4-nün öldüyü, 7 yaralının vəziyyətinin ağır olduğu bildirilib.

SEPAH ABŞ-nin müxtəlif illərdə Əfqanıstan, İraq və Yəməndə də toy mərasimlərinə zərbələr endirdiyini bəyan edib və bir sıra hadisələri sadalayıb.

Həmin hadisələr arasında 2002-ci ildə Əfqanıstanın Uruzqan vilayətində toy mərasiminin bombalanması nəticəsində 100-dən çox insanın öldüyü, 2004-cü ildə İraqın Əl-Ənbar vilayətindəki Bəkər əl-Zib kəndində toy mərasiminə zərbə nəticəsində 42 nəfərin öldüyü, 2008-ci ildə Əfqanıstanın Nəngərhar vilayətində toy mərasiminə hücum nəticəsində 47 nəfərin, o cümlədən gəlinin öldüyü xatırladılıb.

SEPAH həmçinin 2015-ci ildə Yəmənin Təiz vilayətində toy mərasiminə endirilən zərbə nəticəsində 131 qadın və uşağın öldüyünü iddia edib.

“ABŞ rəhbərləri üzr istəmək əvəzinə yenə də yalanlara əl atır və bu cinayətə görə məsuliyyətdən yayınırlar. Onlar müxtəlif ölkələrdə toy mərasimlərinə hücumlarla bağlı dünya ictimaiyyətinə cavab versinlər. Bütün bu hadisələr təsadüf və səhv nəticəsində baş veribmi?” – deyə bəyanatda bildirilib.

SEPAH bəyanatında ABŞ ordusu ilə bağlı sərt ifadələrdən istifadə edib və ABŞ xalqını ölkə ordusunun fəaliyyətinə qarşı çıxmağa çağırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://modern.az
archiveBu xəbər 03 Sentyabr 2026 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri