İrandan ABŞ yə XƏBƏRDARLIQ: Daha güclü zərbələr endirəcəyik
Icma.az bildirir, Azxeber.com saytına əsaslanaraq.
"ABŞ-nin İran gəmilərini təqib etməsi və hücumları davam edəcəyi təqdirdə, Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə yeni və daha güclü zərbələr endiriləcək".
Bunu "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqari bildirib.
Daha əvvəl Pentaqonun Mərkəzi Komandanlığı ABŞ qüvvələrinin Xarq adası yaxınlığında, Cask bölgəsində və Oman körfəzində İranın üç neft tankerinə hücum etdiyini açıqlayıb.
"ABŞ ordusuna xəbərdarlıq edirik ki, İran gəmilərini təqib edərək onları təhlükəyə atmaqla öz cinayətlərini davam etdirəcəyi, həmçinin İrana qarşı dəniz blokadasını davam etdirəcəyi təqdirdə, İran Silahlı Qüvvələrinin Yaxın Şərqdəki ABŞ hərbi gəmilərinə zərbələri əvvəlkindən daha güclü olacaq", - deyə Zülfüqari bildirib.
O, həmçinin ABŞ hərbi gəmilərinə qarşı "zərbələrin miqyasının genişlənməsi" ehtimalını istisna etməyib.
/oxu.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:116
Bu xəbər 05 Sentyabr 2026 23:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















