İrandan Almaniyaya xəbərdarlıq: Səfir XİN ə çağırıldı
Icma.az, Turkstan.az portalına istinadən məlumat verir.
İran Xarici İşlər Nazirliyi Almaniyanın Tehrandakı səfiri Aksel Vilhelm Dittmannı çağıraraq, Almaniya rəsmilərinin İranla bağlı açıqlamalarına etiraz edib.
Turkustan.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin yaydığı yazılı açıqlamada Dittmannın nazirliyə çağırıldığı bildirilib.
Bəyanatda Almaniyanın yüksək vəzifəli rəsmilərinin İrana qarşı “uyğunsuz münasibət” nümayiş etdirdiyi, həmçinin Almaniyanın Tehrandakı səfirliyinin “bəzi müdaxilə xarakterli hərəkətlərə” yol verdiyi qeyd olunub.
İran Xarici İşlər Nazirliyinin Qərbi Avropa üzrə baş direktoru və nazir müavini Əli Rza Yusifi Almaniya kanslerinin İranla bağlı “əsassız iddialarını” rədd edib. O, Almaniyanın regional və İran məsələlərinə yanaşmasını “ədalətsiz və dağıdıcı” adlandıraraq, Tehran hökumətinin buna qarşı “sərt etirazını” Almaniya səfirinə çatdırıb.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 17 Sentyabr 2026 20:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















