Icma.az
close
up
RU
İrandan Aralıq dənizi sahilinə uzanan şiə ayparası dağılıb RƏY

İrandan Aralıq dənizi sahilinə uzanan şiə ayparası dağılıb RƏY

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Xərclənən milyardlarla dollar boşa getdi

Suriyada strateji səviyyədə qazanan tərəf İsraildir. Səddam Hüseyn rejiminin məhvindən sonra İsrailə birbaşa təhdid yaradan daha bir ərəb rejimi çökdürüldü.   Bu sözləri Suriyada baş verən proseslər və Bəşər Əsəd rejiminin devrilməsini şərh edən siyasi şərhçi Şahin Cəfərli deyib. 


Onun sözlərinə görə, Suriyada bundan sonra nələr ola biləcəyini təxmin etmək üçün İraqda 2003-cü ildəki ABŞ işğalından sonra baş verənlərə nəzər salmaq lazımdır: “Bənzər model Suriyada da tətbiq oluna bilər. İsrail xarici işlər naziri də məhz buna - federallaşmaya işarə edərək kürd faktorunun vacibliyini xüsusi vurğulayıb. Hələlik dəqiq bilinən budur ki, İraqdakı kimi, Suriyada da güclü mərkəzi hökumət mövcud olmayacaq. 

İsrail hazırda Suriya ərazisində demilitarizasiya (Əsəd ordusunun bütün silah-sursat və hərbi texnika ehtiyatının məhvi) tədbirləri həyata keçirməklə bu hərbi potensialın istər yeni hökumətin, istərsə də ayrı-ayrı qrupların əlinə keçməsi ehtimalını aradan qaldırır. İsrail boşluqdan yararlanaraq Qolan təpələrində 1974-cü ildə razılaşdırılmış bufer zonasını, xüsusən Şamın ovuc içi kimi göründüyü strateji əhəmiyyətli Hermon dağını da nəzarətə götürüb. Bu da Suriyada istənilən perspektivə qarşı özünü sığortalamaq deməkdir”. 

Siyasi şərhçinin sözlərinə görə, Əsədin devrilməsi ilə İranın İraq və Suriya üzərindən Livana açdığı quru dəhlizi kəsilmiş oldu. İrandan Aralıq dənizi sahilinə uzanan "şiə ayparası" dağılıb: “Xərclənən milyardlarla dollar, verilən itkilər boşa çıxmış oldu. Suriyanı itirən İranın bölgədəki qol-budaqlarının doğranması davam edəcək. "Hizbullah"ın darmadağın edilməsindən sonra növbənin Yəmən və İraqdakı "Ənsərullah" və "Haşdi Şabi" qruplaşmalarına çatdığını söyləmək mümkündür. Diplomatik müstəvidə hər hansı anlaşma əldə olunmasa, sonda isə yəqin ki, birbaşa İran özü hədəf alınacaq. Lakin xarici siyasət və təhlükəsizlik sahəsində əldə olunan bu uğurlar İsrail Baş naziri Netanyahunu daxildə hüquqi təqibdən xilas edə bilməyib. Bu gün o, korrupsiya, fırıldaqçılıq və etimaddan sui-istifadə ittihamları üzrə məhkəmə qarşısında şahid qismində ifadə verib. Vəkillərin prosesin təxirə salınması barədə vəsatətini rədd edən hakimlər baş nazirin həftədə 3 dəfə məhkəməyə gəlib ifadə verməsi barədə qərar qəbul ediblər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:211
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Dekabr 2024 02:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see414

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see322

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see305

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see293

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see281

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see275

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see271

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see261

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see243

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see241

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see235

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see235

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see235

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see234

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see229

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see222

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see222

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see214

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see187

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri