Icma.az
close
up
RU
İrandan NATO ya HƏDƏ Odla oyun, yoxsa...

İrandan NATO ya HƏDƏ Odla oyun, yoxsa...

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

NATO İranın Avropadakı hərbi obyektlərə mümkün zərbələri ilə bağlı xəbərlərdən sonra alyans üzvlərini lazımi addımları atmağa hazır olduğunu açıqlayıb. Alyans nümayəndəsi bildirib ki, Blokun çəkindirmə və müdafiə strategiyası güclü, effektivdir və üzv ölkələrə qarşı istənilən təhdidə cavab veriləcək.

Məlumata görə, İranın mümkün hədəfləri arasında Bolqarıstan və Kiprdəki hərbi obyektlərin olduğu iddia edilir. Bolqarıstan iyul ayında ABŞ-a yanacaq doldurmaq üçün öz hava bazasından istifadə etməyə icazə verib. Kiprdə isə Böyük Britaniyaya məxsus hərbi hava bazaları yerləşir.

“Financial Times” İranın ABŞ-la yeni qarşıdurma yaranacağı təqdirdə Avropadakı bəzi hədəflərə, xüsusilə Kipr və Bolqarıstandakı obyektlərə zərbə endirmək imkanını müzakirə etdiyini yazıb. “The New York Times” isə İranın Xəzər dənizində İran gəmisinə endirilən zərbəyə cavab olaraq Ukraynadakı limanlardan birini vurmaq variantını da nəzərdən keçirdiyini, lakin sonradan bundan imtina etdiyini bildirib.

Tehran NATO ölkələrinə zərbə endirə bilərmi, yoxsa bu, sırf pafos və blefdir?

Politoloq Məhəmməd Əsədullazdə Musavat.com-a bildirib ki, Tehran NATO-nu bütövlükdə hədəf almaqdan daha çox, ABŞ və Böyük Britaniyanın İrana qarşı istifadə etdiyi və ya istifadə edə biləcəyi obyektləri hədəf kimi nəzərdən keçirə bilər: “Bu, qismən blef, qismən real hərbi plan ola bilər. Çünki belə məlumatların mətbuata sızdırılması da özü-özlüyündə məqsədlidir. İran ABŞ-a “qırmızı xətt” göstərir, eyni zamanda, NATO ölkələrinə mesaj verir ki, onların ərazisinin ABŞ tərəfindən istifadə olunması həmin ölkələri də risk zonasına sala bilər.

“Financial Times”ın məlumatında məhz bu məqam önə çıxır ki, İran qüvvələrinin Cənub-Şərqi Avropadakı, o cümlədən Bolqarıstan və Kiprdəki ABŞ və müttəfiq hərbi imkanlarını mümkün cavab zərbələri çərçivəsində qiymətləndirdiyi bildirilir. İranın hədəsinə tamamilə blef demək olmaz. İranın orta və uzaqmənzilli ballistik raket arsenalı Yaxın Şərqdən kənardakı bəzi hədəfləri vurmaq imkanını nəzəri olaraq yaradır. Üstəlik, Tehran artıq xaricdəki ABŞ və müttəfiq mövqelərinə zərbə endirmək niyyətini dəfələrlə nümayiş etdirib. Amma hələ ki, heç bir NATO üzvü olan ölkənin ərazisinə zərbə endirməyib”.

Ekspert hesab edir ki, indi konkret Bolqarıstan və Kiprin adının çəkilməsi təsadüfi deyil: “Bolqarıstan və Kipr İran üçün ona görə maraqlıdır ki, bunlar Avropadan Yaxın Şərq istiqamətində hərbi logistikanın bir hissəsidir. İran ABŞ-nin bu istiqamətdə logistik imkanlarını zəiflətmək üçün addımlar ata bilər. Lakin mən hesab edirəm ki, burada əsas məqsəd psixoloji təzyiqdir. Tehran demək istəyir ki, müharibə başlasa, vuracağımız NATO üzvlərini indidən müəyyənləşdirmişik”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 24 Avqust 2026 16:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see1063

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see372

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see369

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see321

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see248

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see234

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see228

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see228

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see219

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see211

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see203

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see198

“Uzak Şehir” serialının aktrisası geyimi ilə gündəm oldu FOTO

10 Oktyabr 2026 22:53see194

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see192

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see187

“O hələ sağdır... onun poetikasının dünya ədəbiyyatına çıxışına şərait yaratmaq hələ də gec deyil...”

10 Oktyabr 2026 20:32see185

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see177

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see176

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see171

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri