Icma.az
close
up
RU
GÜVƏNC YERİMİZ GƏNCLİYİMİZ!

GÜVƏNC YERİMİZ GƏNCLİYİMİZ!

Icma.az, Adelet.az portalına istinadən məlumat yayır.

Hər bir ölkənin, hər bir xalqın etibar etdiyi, söykəndiyi və güvəndiyi qüvvələr var. O qüvvələrdən biri də gənclərdir. Təbii ki, bu gənclərin vətənpərvərlik ruhunda yetişməsi, böyüməsi və inkişaf etməsi üçün həm bağça, həm məktəb, həm də ailə öz borcunu yerinə yetirməlidir. Yəni gəncliyə gedən yol uşaqlıqdan, yeniyetməlikdən başlayır. Bu müddətdə onların təlim-tərbiyəsi, əxlaqı, savadı və eləcə də cəmiyyətə inteqrasiya olunması birmənalı olaraq diqqət mərkəzində saxlanılmalıdır. Əgər adını çəkdiyimiz bu üç tərəfin birində zəiflik olarsa, istər-istəməz həmin gənclərin həyat tərzində və tərbiyəsində müəyyən boşluqlar yaranır. Bu isə o deməkdir ki, həmin gənclər cəmiyyətə və həyata tam, bütöv formada hazırlana bilmir. 

Azərbaycan gəncliyi haqqında söhbət düşəndə bir çox insanlar ağızlarını büzürlər. Onlar deyirlər ki, indiki gəncliklə  əlli il bundan əvvəlki  gəncliyin arasında yerlə-göy qədər fərq var. Bəlkə də bu fərq  hiss olunur, amma əsas məsələ ondan ibarətdir ki, hər dövrün gəncliyinin qarşısında çox böyük çətinliklər, problemlər və digər sıxıntılar mövcud olur. Gəncliyi isə bu çətinliklərə, bu problemlərə alışdırmaq, hazırlamaq bayaq dediyimiz kimi, həm bağçanın, həm məktəbin, həm də ailənin vəzifəsidir. Heç kim dünyaya gələndə savadsız, tərbiyəsiz və cahil doğulmur. Onu cahil və savadsız edən pozğun həyat tərzinə yuvarlandıran mövcud cəmiyyətdir. Gərək cəmiyyət sağlam olsun ki, orda yetişən insanlar da normal, əxlaqlı, savadlı və dünyagörüşlü yetişsin. 

Heç kimə sirr deyil ki, bu gün Azərbaycan gəncliyi cəmiyyətə çox yüksək səviyyədə inteqrasiya olunub. Onların həm vətənpərvərlik hissləri, həm dünyagörüşləri, həm də həyata baxışları demək olar ki, çox normaldır. Təbii ki, bu gəncləri də cəmiyyətimizə və həyatımıza hazırlayan və inteqrasiya edən qüvvələr var. 

Hər  bir gəncin dilini tapmaq, onunla ünsiyyət qurmaq, daha doğrusu, boş damarını tutmaq müəllimlərin və ailənin qarşısında duran prioritet vəzifələrdəndir. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, kulturologiya üzrə elmlər doktoru İlqar Hüseynov deyir ki, mən həmişə tələbələrimə güvənmişəm. Ona görə güvənmişəm ki, auditoriyaya girib mühazirə oxuyanda bir tələbənin belə fikrinin başqa yerdə olduğunu görməmişəm. Onların mənim mühazirəmə olan böyük həvəs və diqqəti bir müəllim kimi məni çox ruhlandırıb. Görmüşəm ki, tələbələrim  mühazirələrimə sevgi ilə yanaşır, oxuduğum mövzunu sonradan öyrənir və seminarlarda ətraflı şəkildə gəlib danışırlar. O gənclərin hər biri Azərbaycanın və dövlətimizin gələcəyidir desəm, yanılmaram.

Mənim bir tələbəm vardı, hiss olunurdu ki, kasıb ailədən çıxıb, geyimi-geçimi o qədər də yaxşı deyildi. Bir gün elə oldu ki, onunla bir dost olaraq söhbət elədim. Çünki dərslərini əla oxuyurdu, əxlaqlı idi və nizam-intizama əməl edirdi. Məlum oldu ki,  həmin gənc çox erkən yaşlarında ata-anasını itirib, iki bacı və bir qardaşına böyüklük edib, onları böyüdüb, orta məktəbdə oxudub, yedirdib-içirdib və geyindirib. Həmin tələbəm gecələr işləyir, gündüzlər isə dərsə gəlirdi. Bakalavrı da qurtardı, magistraturanı da. Sonra da vəzifə pillələri ilə yüksəldi. İndi çox məsul bir vəzifədə çalışır. Həmişə də mənə böyük hörmətlə yanaşır. Dəfələrlə qəbuluna getmişəm, məni sevgi ilə qarşılayıb, heç bir problemim olmayıb, sadəcə olaraq, görmək istəmişəm ki, həmin adam dəyişib, yoxsa dəyişməyib. Görmüşəm ki, yox, elə həminki sadə, səmimi və vətənpərvər bir gəncdir. Təbii ki, elə belə də olmalı idi. Çünki  hər cür çətinliklər, sıxıntılar, çətin həyat tərzi yaşamış insanlar heç  vaxt həmin günləri yaddan çıxarmırlar. Sadəcə olaraq, həyatın çətin sınaqları, imtahanları onları bərkə-boşa salır, daha mətin və daha güclü yetişməsinə kömək edir. 

Professor bizimlə söhbətində onu da dedi ki, mənim belə tələbələrim çoxdur. Heç yadımdan çıxmaz, İkinci Qarabağ savaşı başlayanda əlliyə yaxın tələbəm könüllü surətdə səfərbərlik idarələrinə müraciət edib döyüşməyə getmək istəyirdilər. Bir neçə nəfəri getdi, amma əksəriyyətini Səfərbərlik idarəsi  müharibəyə aparmadı. Universitetimizin bir neçə qəhrəman tələbəsi Qarabağın  azad olunması uğrunda döyüşlərdə yeni tarix yazdı. Onların eləsi vardı bizim məzunumuz idi, eləsi də vardı hələ tələbə adını daşıyırdı. Mən bu gün yenə bir alim-ziyalı kimi universitetdə dərs dediyim qızlarımızdan da razıyam. Onlar Vətən üçün, xalq üçün çox gərəkli bir gənclərdirlər. Oxumaqlarına, dünyagörüşlərinə və savadlarına söz ola bilməz. Amma ondan da  yuxarıda duran həmin qızlarımızın  mətanəti, vətənpərvərliyi və millətsevərliyidir.

Mən bu mövzularda tələbələrimlə söhbət edəndə onların gözlərindəki, ürəyindəki vətənpərvərlik hisslərini, millətsevərliyini görüb çox sevinirəm. Ən azından ona görə ki, gələcəyimiz, daha doğrusu, sabahımız belə gənclərin əlində olacaq. Heç şübhəsiz, biz estafeti onlara verməliyik. Amma estafeti də verəndə gərək  elə bir gəncliyə verəsən ki, keçmiş tarixi ənənələrimizi və qəhrəmanlıq salnamələrimizi yaşatmaqla yeni bir tarix, yeni bir epoxa, yeni bir mərhələ yaratsınlar.

Mənim fikrimcə, pis gənc yoxdur, pis tərbiyəçi, pis müəllim, pis ailə ola bilər. Əgər biz hər bir yeniyetmənin, hər bir gəncin üzərində yaxşı işləsək, onlara vətənpərvərlik ideyalarını təbliğ edə bilsək, milli ənənələrə hörməti aşılamağa çalışsaq, Azərbaycançılıq ideyasını o gənclərin təfəkkürünə, ruhuna ötürə bilsək gələcəyimizdən heç bir qorxumuz yoxdur. 

Bəzi insanlarınsa «indiki gənclərə bir o qədər də güvənmək olmaz» fikri ilə qətiyyən razılaşa bilmərəm. Düzdür, o uşaqların içində ipə-sapa yatmayan, bəzən əyri yola düşən gənclər də var. Amma  onlarla da dil tapıb söhbət etmək olar və cəmiyyətə ötürmək mümkündür. Və bir də İkinci Qarabağ savaşında möhtəşəm qələbəmizin qazanılmasında o dəli-dolu, dəcəl uşaqların əməyi az olmayıb. Heç şübhəsiz ki, Azərbaycan gəncliyi bütün dövrlərdə öz sözünü deyib və bundan sonra da deməyi bacaracaq. Şəxsən mən bir professor kimi, müəllim kimi indiki gənclərimizə böyük ümidim var və onlara güvənirəm!

Emil Faiqoğlu

Yazı Media və Yayım Şurasının maliyyə dəstəyi ilə hazırlanıb

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Noyabr 2026 09:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see655

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see555

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see314

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see310

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see281

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see279

Bu şəxslərə dərman və həkim müalicəsi pulsuz olacaq

25 Noyabr 2026 09:39see268

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see268

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see267

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see243

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see238

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see237

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see235

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see234

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see233

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see230

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see230

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see228

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see224

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see205
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri