Icma.az
close
up
RU
İrandan sonra bu ölkələrə də hücumlar ediləcək və “Dənizdən dənizə Böyük İsrail” dövləti yaranacaq ŞOK PLAN KONKRET

İrandan sonra bu ölkələrə də hücumlar ediləcək və “Dənizdən dənizə Böyük İsrail” dövləti yaranacaq ŞOK PLAN KONKRET

Icma.az, Konkret.az saytına istinadən bildirir.

“İsrailin İranın proksi qüvvələrinə ardıcıl hücumları Yaxın Şərqdə genişlənmək siyasətinin davamı kimi qiymətləndirilir. Bu hücumlar İsrailin uzunmüddətli strateji hədəflərinə, o cümlədən “Böyük İsrail” ideyasına doğru atılmış addımlardır”.

Bu fikirləri politoloq Zeynal Əmrəliyev KONKRET.az-a açıqlamasında səsləndirib:

“Xatırlayaq ki, ABŞ Prezidenti Donald Trampın birinci hakimiyyəti dövründə İsrailin mövqeləri xeyli gücləndi. Məhz Tramp administrasiyası Qüdsü İsrailin paytaxtı kimi tanıdı və bu qərar bölgədə ciddi gərginliklərə səbəb oldu. Ardınca İordan çayının qərb sahilində yəhudi yaşayış məntəqələrinin sürətlə salınmasına başlanıldı. Hazırda Trampın komandasında İordan çayının qərb sahillərinin rəsmi olaraq İsrail ərazisi kimi tanınması barədə fikirlər səsləndirilir.

Bundan əlavə, Trampın irəli sürdüyü “Qəzza planı” da beynəlxalq aləmdə ciddi narahatlıq doğurur. Plana əsasən, Qəzza zolağından fələstinlilərin çıxarılması və ərazidə yəhudi yaşayış məntəqələrinin salınması nəzərdə tutulur. Bu istiqamətdə atılacaq addımlar İsrailin nəzarət etdiyi əraziləri daha da genişləndirəcəyindən xəbər verir”.

Politoloq hesab edir ki, İsrailin bu planlarının həyata keçməsi qarşısında əsas maneələrdən biri İran və onun regionda təsir göstərdiyi proksi qüvvələrdir. İranın nüvə silahına malik olmaq ehtimalı da İsrailin strateji planları üçün ciddi təhlükədir.

Ekspertlər onu da istisna etmir ki, İsrailin gələcək planlarında yalnız Qüds və Qəzza ilə kifayətlənmək niyyəti yoxdur.

“Livan da potensial hədəf kimi göstərilir. Ölkədəki zəif mərkəzi hakimiyyət və “Hizbullah”a qarşı mübarizə kontekstində İsrailin Livanı nəzarətə keçirməyə çalışa biləcəyi ehtimal olunur.

Eyni zamanda, İsrail hələ də Suriyanın bir hissəsi olan Colan təpələrini öz nəzarətində saxlayır. Beynəlxalq ictimaiyyətin tanımadığı bu ilhaq faktı son illər ərzində de-fakto vəziyyət kimi qəbul olunur.

Bütün bu proseslər “Dənizdən-dənizə Böyük İsrail” ideyasının mərhələli şəkildə həyata keçirildiyini göstərir. İsrailin regionda nüfuzunu artırmaq və strateji əraziləri nəzarətə götürmək üçün qarşıdakı dövrdə də hücumlarını davam etdirəcəyi istisna olunmur”.

Müşviq Tofiqoğlu

KONKRET.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://konkret.az
archiveBu xəbər 19 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri