Icma.az
close
up
RU
İranə Qasımova: Həyatda başqalarının əkz etdiyi və sonradan həyata keçirdiyi bir işi görmək çox mühümdür

İranə Qasımova: Həyatda başqalarının əkz etdiyi və sonradan həyata keçirdiyi bir işi görmək çox mühümdür

Xalqcebhesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illər Bakıda ədəbi tədbirlər çox populyarlaşıb. Paytaxtımızda mütəmadi olaraq şairləri və oxucuları bir araya toplayan bir neçə silsilə poeziya layihələri İranə Qasımovanın adı ilə bağlıdır.

İranə Qasımova Azərbaycan Yazıçılar Birliyinin üzvü, bir neçə şeir toplusunun müəllifi, “Qızıl Qələm” mükafatı laureatıdır. Özünün “Qadınlar nə istəyir” pyesi əsasında hazırlanmış satirik tamaşanın rejissoru qismində çıxış edib. O, habelə “Kişi və qadın” poetik tamaşasında rejissor, ssenarist və aparıcı aktrisa olub, eyni zamanda, “İranə Qasımova ilə açıq şeir mikrofonu”, “İranə Qasımova ilə poeziya klassikləri”, “İranə Qasımova ilə Poetry Battle” və “Azərbaycan şairləri İranə Qasımova ilə” məşhur layihələrin müəllifidir.

İranə Qasımova AZƏRTAC-ın müxbiri ilə söhbətində layihələri üzərində iş prosesindən danışıb.

- İranə, fəaliyyətiniz necə başladı?

- Uşaqlıqdan ibarələri qafiyə etməyi sevirdim. Mən nağılları da daha çox mənzum janrda bəyənirdim. Uzun müddət musiqi dinləməyi və xəyal qurmağı çox sevirdim və hər mahnı təbii ki, şeirlərdən ibarətdir. 2012-ci ildə təhsil aldığım İsraildən qayıtdıqdan və rejissorluq və jurnalistika kursları keçdikdən sonra geniş yaradıcılığa başladım. Orada bir neçə video çəkdim və rejissor işimə görə yerli İsrail rejissorlarından - müəllimlərimdən müxtəlif mükafatlar aldım.

Bakıda Xarici dillər fakültəsini bitirmişəm, lakin İsraildə oxuyarkən yaradıcılığın mənə nə qədər həzz verdiyini anladım. Qayıdandan sonra rejissor kimi özümü axtarmağa davam etdim. Mən bir neçə qısa sosial çarx çəkdim və orada da dayandım; yaxşı bilirdim ki, film çəkilişi böyük komanda tələb edir və mən bu prosesdə əvvəldən axıradək iştirak etməyi çox sevirəm. Məsələn, teatrda səhnələşdirdiyim tamaşaları təkbaşına hazırladım, ssenari, rejissorluq, aktyorlarla işləmək, hətta arxa planda işləyən video proyeksiya üçün videoların montajı, bütün təşkilati proseslər - bütün bunları etməyi xoşlayıram. Çünki ideyalarımın ekran təcəssümünü yalnız mən görə bilirəm və sonda hansı əsəri çəkmək istədiyimi bilirəm. Beləliklə, 2012-ci ildə Bakıda bir neçə sosial çarx çəkərək oradaca dayandım və şeir yazmağa başladım.

- Niyə rejissorluq təhsili almağa qərar verdiniz?

- Uşaqlıqdan kino həvəskarı olmuşam və çəkiliş prosesinə daxildən həmişə maraq göstərmişəm. Həyatın mənə verdiyi bu fürsəti əldən verə bilməzdim. Axı mən oraya pulsuz proqram üzrə təhsil almaq üçün getmişdim ki, bu proqram mənə sonradan arzu edəcəyim təqdirdə İsraildə qalıb işləməyə imkan verəcəkdi. Amma mən vətənimi, şəhərimi sevirəm və ona görə də geri qayıtmağa tələsirdim. Beləliklə, kinoya olan sevgimdən danışarkən qeyd etməliyəm ki, “Film lirikasi” adlı poetik tamaşalarımdan birində hər bir şeir üçün ayrı-ayrı filmlərdən, şeirlərimin mənasını əyani şəkildə əks etdirən kadrlardan istifadə edirəm. Üstəlik, mən həmişə səhnədə şeirlərin oxunuşunun effektlərlə tamamlanmasının tərəfdarı olmuşam. Bütün insanlar şeiri saf formada qəbul etməyə hazır deyillər. Məncə, mümkün qədər çox adamı poeziyaya cəlb etmək, sevdirmək üçün məhz poetik tamaşa yaratmaq lazımdır. “Kinolirika” layihəsi ilə təkcə Bakıda deyil, Tbilisidə, Moskvada, Sankt-Peterburqda, İstanbulda çıxış etdim.

- Digər layihələriniz üçün ideyalar necə yarandı?

- İki kitabım nəşr olundu: 2013-cü ildə təqdimatı “Əli və Nino” kitab mağazasında keçirilən “Şair qadın” və 2017-ci ildə “Art Tower” Qalereyasında təqdim edilən “Başlanğıcda söz idi” audiokitabı. Şeirlə İlk çıxışım 2016-cı ildə baş tutan poeziya layihəsi çərçivəsində “YARAT” Müasir İncəsənət Mərkəzində oldu. Bunun sayəsində 2017-ci ildə eyni mərkəzdə iki solo poetik çıxışımı keçirdim. Özümü ifadə etmək istəməyə davam etdim və poetik platformalar axtardım. O vaxt mən bu məkanları Moskvada tapdım, orada imkan çox idi. Moskvanın ən mühüm və simvolik poeziya məkanlarında çıxış etmək mənə qismət oldu. Çox təəssüf ki, Bakıda elə məkanlar yox idi ki, orada daimi olaraq yeni əsərlərinizi ifa edə biləsiniz. Sonra qərara gəldim ki, nəinki gənc və həvəsli şairlərin, hətta bu sahədə artıq bir çox nailiyyətlərə imza atmış söz ustalarının da iştirak edə biləcəyi layihələrim olacaq. Onlar üçün tez-tez şeirlərini tamaşaçılara təqdim etmək vacibdir. Həm də orada şairlərin özləri ilə yanaşı, poetik sözə hərarətlə, məhəbbətlə yanaşan poeziya biliciləri də iştirak edə bilərdi ki, belə oxucuları dinləmək inanılmaz həzz verir. 2019-cu ildə isə eyni anda iki layihəyə start verdim: “İranə Qasımova ilə açıq şeir mikrofonu” və “İranə Qasımova ilə şeir klassikləri”. Birinci layihədə şairlər yeni şeirləri ilə, ikinci layihədə isə mənim tərəfimdən elan olunmuş görkəmli klassik şairin məşhur əsərlərini oxuyan şairlər və oxucular iştirak edir. Beləliklə, hər biri bir klassik şairə, o cümlədən bir çox Azərbaycan klassik şairlərinə həsr olunmuş iyirmiyə yaxın gecə keçirdim. 2022-ci ildə şairlər üçün “İranə Qasımova ilə Petry Battle”, 2024-cü ildə isə “Azərbaycan şairləri İranə Qasımova ilə” adlı yeni layihələrə start verdim. Bütün layihələrim uzun illərdir davam edir və ümid edirəm ki, bundan sonra da belə olacaq. Tədbirlərimdə iştirak tamamilə pulsuzdur, ona görə də əminliklə deyə bilərəm ki, həm də xeyriyyəçilik və maarifləndirmə fəaliyyəti ilə məşğulam.

- Siz həm də iki tamaşanın müəllifisiniz, birində baş rolu özünüz oynayırsınız.

- Bəli, bu, “Kişi və qadın” poetik tamaşasıdır. Mən bunu əvvəllər müxtəlif məkanlarda təqdim etmişəm. 2023-cü ildə onu ağlıma gətirdim, dəqiqləşdirdim və əvvəlcə xəyal etdiyim formada təqdim etdim. Rəşid Behbudov adına Mahnı Teatrında ssenari müəllifi və rejissoru olduğum tamaşa göstərildi. Yeri gəlmişkən, bu tamaşadan çoxlu sayda şeirlər mənim “İrrasionalın aliliyi” poeziya toplusuma daxil edilib.

- “Qadınlar nə istəyir” adlı digər tamaşanız necə yarandı?

- Bu tamaşanın yaranma tarixi o vaxtlara gedib çıxır ki, “I kvartet”in bütün filmlərinə və tamaşalarına həvəslə baxırdım, bu əsərlərin əksəriyyətində kişilər arasında onları narahat edən hər şey haqqında müzakirələr və söhbətlər gedirdi. Hər şey o qədər dəqiq, hazırcavab və istedadlı idi ki, “Qadınlar nə istəyir” yumoristik pyesi yazmağa ruhlandım, sonra isə tamaşanı səhnələşdirdim. Adından da göründüyü kimi, mənim tamaşamda həyatı müzakirə edən qadınlar idi. Bu yaradıcılıq prosesində “I Kvartet”in müəlliflərindən əlavə, Vudi Allenin gözəl hazırcavab, incə və həmişəyaşar filmlərindən, həmçinin Mixail Jvanetskinin mətnlərindən ilham aldım. Bundan əlavə, o zamanlar stend-upla çox maraqlanırdım, bu da tamaşanın ssenarisini yazmaqda mənə kömək edirdi.

- Hazırda Bakıda çoxlu şeir gecələri keçirilir. Sizcə, niyə şəhərdə belə hadisələr çox olur?

- Layihələrimdə çıxış edən iki şair mənə dedi ki, onlara təkan və cəsarət vermişəm. Artıq bu insanlar şeir gecələrini özləri təşkil etməyə başladılar. Çünki bundan əvvəl heç kim bilmirdi ki, təqdimatlar keçiriləcək və ya insanlar bununla maraqlanacaqmı? Bu həyatda nəyisə birinci etmək çox vacibdir və elə bir şəkildə ki, başqaları da onu götürüb yerinə yetirsin. Onda hiss edirsən ki, sən ölkənin mədəniyyətinin inkişafına töhfə vermisən. Mən böyük qürur hissi keçirirəm ki, yeni bir mədəni təbəqə yaratmaq planım olmadığından, sadəcə olaraq, bir çox şairlərin və təşkilatçıların indi mənimlə birlikdə etdiklərini ilk edən şəxs olmuşam.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 20 Noyabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see404

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see387

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see336

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see300

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see299

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see293

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see259

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see258

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see231

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see223

MilliÖn vətəndaşı aldadıb? ŞİKAYƏT

02 Dekabr 2025 21:03see209

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see179

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see179

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see170

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see151

“Kontakt Home”da ər arvadını bıçaqladı

02 Dekabr 2025 22:20see139

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see136

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see133

Paşinyan Minsk Qrupu nun 2019 cu il təkliflərinə niyə cavab vermir? İki mühüm səbəb

02 Dekabr 2025 21:29see130

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri