Icma.az
close
up
RU
İranın 3 şəhəri təhlükədə Tramp Bakının narahatlığını bu qərarla sonlandıra bilər

İranın 3 şəhəri təhlükədə Tramp Bakının narahatlığını bu qərarla sonlandıra bilər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Son zamanlarda İsrail rəsmilərinin açıqlamaları və xarici mətbuatda yayımlanan məlumatlara əsasən İranın bombalanmasının qaçılmaz olduğuna dair fikirlər artır. ABŞ və İsrailin İranın nüvə obyeklərinə zərbələr endirməklə bağlı plan hazırladığı və yaxın zamanlarda bunun həyata keçirilə biləcəyi ehtimal olunur. 

Qonşu ölkədə müharibə iddialarının intensivləşdiyi bir zamanda Azərbaycanı gözləyən risklər də müzakirə edilir. Ehtimal hücumların nəticəsində yaranacaq humanitar böhran, qaçqın seli, təhlükəsizlik məsələləri və sair əsas narahatedici məsələlərdir.

Bakı bu təhlükələrin qarşısını almaq üçün nə kimi addımlar atmalıdır? Proqnozu verilən hücumların ertələnməsi mümündürmü? Azərbaycanın Vaşinqton və Təl-Əvivlə münasibətləri sözügedən qərarın dəyişdirilməsinə imkan verirmi?

Globalinfo.az-a danışan deputat Elçin Mirzəbəyli deyib ki, İranın nüvə proqramının tamamilə dayandırılması, həmçinin bu ölkənin Yəmən, Livan, Qüds, Suriya ərazilərindəki proksilərinin tamamilə məhv edilməsi, eyni zamanda Hörmüz boğazında və Fars (Ərəb) körfəzində İranın hərbi iştirakının məhdudlaşdırılması ABŞ və İsrailin əsas hədəfləridir:

“Vaşinqtonla Təl-Əvivin bu hədəflərindən əl çəkmələri hazırda inandırıcı görünmür. Ümumiyyətlə İrana qurudan müdaxilə ediləcəyini gözləmirəm. Çünki bu halda müdaxilə edən tərəf ciddi müqavimətlə və itkilərlə qarşılaşa bilər. Həmçinin qurudan hərbi müdaxilənin, hətta İranın mövcud dini-siyasi rejimindən narazı qüvvələrin də konsolidasiyasına zəmin yaradacağı ehtimalı çoxdur. Amma İrandakı etnososial durum tamamilə fərqlidir və müəyyən istisnalar olmaqla, bu ölkənin ən böyük xalqlarının – türklərin və farsların birbaşa hərbi təcavüzə reaksiyası fərqli, hətta gözlənilməz ola bilər. Zənnimcə, burada məsələnin həm də emosional qavrama tərəfinə diqqət yetirmək lazımdır. O baxımdan, ABŞ Prezidenti Donald Tramp Tehranın sərt siyasi reaksiyalarına cavab kimi hücum qərarı verərsə, istisnasız olaraq, mülki əhaliyə və hətta ordunun şəxsi heyətinə ziyan vurulmaması üçün nöqtə zərbələrinə üstünlük veriləcək.

Əgər ABŞ İran ərazisinə hava zərbəsi endirmək qərarı versə, ilkin olaraq, nüvə proqramı ilə bağlı olan ərazilər, yəni Natanz, Fordov və Arakdakı obyektlərin hədəfə alınması mümkündür. Bu obyektlər yerin dərin qatlarında yerləşdiyindən zərbələrin xüsusi bunker buster bombaları ilə endirilməsi ehtimal olunur. O cümlədən, hərbi hava qüvvələrinin Mehrabad, Dezful və Bəndər Abbasda yerləşən bazaları, SEPAH-ın xüsusilə Tehranda olan qərargahları və raket bazaları hədəfə alına bilər.

ABŞ yüksək texnologiyalı stealth təyyarələri (F-22, B-2), qanadlı və ballistik raketlər, eləcə də kiber müharibə vasitələri ilə İranın hava hücumundan müdafiə sistemlərini aşmaq potensialına malikdir.


Elçin Mirzəbəyli

Deputat bildirib ki, İranın ABŞ-la qarşıdurmasında bundan öncəki təcrübəsini də nəzərə almaq lazımdır:

“Tehran rejiminin dövlət ağlı, çox güman ki, sanksiyaların yumşaldılması qarşılığında ABŞ-ın şərtlərinin əhəmiyyətli hissəsini yerinə yetirməyə hazırdır. Amma ideoloji aspekt, kütləyə rejimin yenilməzliyini sırıyan təbliğat, rəsmi Tehranın, xüsusilə də dini liderin və SEPAH-ın sərt şəkildə manevr və yaxud geri dönüş etməsinə imkan vermir. Bu baxımdan, göz önündə olmasa da, Tehranın vasitəçilərin ümidinə qaldığını görməmək mümkün deyil. Amma təbii ki, bağlı qapılar arxasında aparılacaq müzakirələri təxmin etmək, fərziyyələr irəli sürmək, zənnimcə, praqmatizmdən uzaq və bəlkə də qeyri-ciddi bir yanaşma olardı. Reallıq isə ondan ibarətdir ki, İran geri çəkilməyəcəyi təqdirdə, müdaxilə qaçılmaz olacaq. İranın dini-siyasi rejimi isə geri çəkilməyin üslubunu tapmağa çalışır. Yəni necə etsin ki, həm geri çəkilsin, həm də daxili auditoriyanı geri çəkilmədiyinə inandırsın. Məsələnin mürəkkəb tərəfi də buradadır. Düşünürəm ki, hadisələrin gedişatı barədə nəticə çıxarmaq üçün, təxminən bir ay gözləmək lazım gələcək”.

Güney azərbaycanlı siyasi şərhçi Mehdi Nəimi mövzu ilə bağlı Globalinfo.az-a deyib ki, İsrail, ABŞ və digər müttəfiq ölkələrin İrana hərbi müdaxiləsi böyük ehtimal bombardman ilə müşahidə ediləcək:

“İlkin hədəf isə İranın nüvə və hərbi obyektləri olacaq. Bu miqyasda bir hücum hər hansısa bir miqrant axınına səbəb olmayacaq. Yəni daha dəqiq desək, İrana hərbi müdaxilə quru qoşunlarının hücumu ilə müşahidə edilməsə, miqrant problemi, köç məsələsi baş tutmayacaq.

Onsuz da İranda iqtisadi və sosial problemlər ildən-ilə artır. Bu da öz növbəsində insanların xaricə köçməsi, ölkəni tərk etməsinə gətirib çıxarır. Əgər total bir müharibə, müdaxilə olarsa, bu, insanların xaricə axın etməsini daha da sürətləndirəcək.


Mehdi Nəimi

Lakin hələlik belə bir hərbi müdaxilədən söhbət getmir. Ümumiyyətlə, ABŞ-ın İrana hücumu deyərkən total müharibədən çox lokal müharibə ssenariləri nəzərdən keçirilir. ABŞ İranı zəiflətmək istəyir. Bunun üçün isə strateji obyektləri vurmaq daha məqbuldur.

O ki qaldı Azərbaycana, rəsmi Bakı son illərdə Güney Azərbaycana özün əsl mənasında sahib çıxır. Söhbət Güney azərbaycanlıların hüquqlarının qorunması, onların uğradığı haqsızlığa çıxarılan səsdən gedir. Bu proses çox yaxşı təşkil edilir. 44 günlük müharibədən sonra biz bunu daha yaxşı hiss etməyə başladıq.

Güney Azərbaycan İrana müdaxilə olsun, ya olmasın ayaqlanmağa hazırlaşır. Bunu son zamanlar baş verən aksiyalar da sübut edir. Hesab edirəm bu, gec-tez güneyin müstəqil olması ilə nəticələnəcək”.

Turan Rzayev
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Aprel 2025 13:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see163

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see139

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see133

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri