Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

İranın 5 şərti...

İranın 5 şərti...

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumatı açıqlayır.

Vaşinqton bu şərtləri qəbul edəcəkmi?

ABŞ-la İran arasında atəşkəs əldə edildikdən sonra tərəflər yekun sülhlə bağlı hələ də razılığa gələ bilmir. Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və Fars körfəzi ölkələrindəki ABŞ hərbi bazalarına hücum edib. İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb. Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib. ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Tehranın şərtlərində nələr var?

ABŞ-ın sülh planında 14 təklif öz əksini tapırdı. Lakin Tehran da adekvat olaraq özünün şərtlərini irəli sürür. Bugünlərdə “Fars” xəbər agentliyinin yaydığı  məlumata görə, İran hakimiyyəti Vaşinqton Tehranın irəli sürdüyü 5 şərti yerinə yetirməyincə, ABŞ ilə münaqişələrin həlli üzrə danışıqları bərpa etməyəcəyini bəyan edib. Məlumata görə, İran tərəfinin irəli sürdüyü şərtlərə Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dayandırılması, İrana qarşı tətbiq olunan sanksiyaların ləğvi, dondurulmuş İran vəsaitlərinin sərbəst buraxılması, müharibə nəticəsində dəyən ziyana görə kompensasiyanın ödənilməsi və İranın Hörmüz boğazı üzərində suveren hüquqlarının tanınması daxildir. Mənbənin sözlərinə görə, qeyd olunan şərtlər danışıqlar prosesinə qayıdış və tərəflər arasında minimum etimad mühitinin formalaşdırılması məqsədilə müəyyən edilib. Agentlik yazıb ki, İran tərəfi Pakistan vasitəsilə ABŞ-a çatdırıb ki, atəşkəs elan olunmasına baxmayaraq, Ərəbistan dənizi və Oman körfəzində dəniz blokadasının davam etdirilməsi Vaşinqtona olan etimadı daha da azaldır.

Tramp İranı yenə hədələyib

Bu şərtlər fonunda ABŞ Prezidenti Donald Tramp İranla bağlı sərt bəyanatla çıxış edib. O, Çinə dövlət səfərinə yola düşməzdən əvvəl jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, Tehran ya Vaşinqtonla razılaşma əldə edəcək, ya da ABŞ “başladığı işi tamamlayacaq”. “Onlar ya düzgün addım atacaqlar, ya da biz işi bitirəcəyik. Ya razılaşma olacaq, ya da onlar məhv ediləcəklər. Hər iki halda biz qalib gəlirik”, - deyə Ağ Ev rəhbəri söyləyib. Tramp, həmçinin İran ətrafındakı vəziyyətlə bağlı atəşkəs ehtimalına dair suala qəti cavab verməyib və qərarın sonradan nəzərdən keçirilə biləcəyini deyib.

O, İranın nüvə proqramı ilə bağlı mövqeyini təkrarlayaraq bildirib ki, İran heç vaxt nüvə silahına sahib olmayacaq: “Onların nüvə silahı olmayacaq. Bunu bilirlər və razılaşıblar. Amma sonra bunu açıq şəkildə təsdiqləməkdən imtina etdilər. Biz oyun oynamırıq”.

Tramp ABŞ-ın İranla dialoq prosesində əsas vasitəçi rolunu oynayan Pakistanı əvəz etməyi planlaşdırmadığını deyib. “Xeyr, onlar möhtəşəmdirlər. Pakistanlılar çox yaxşı iş görürlər. Feldmarşal və Pakistanın Baş naziri tamamilə möhtəşəm fəaliyyət göstərirlər”, - deyən Prezident qeyd edib ki, ABŞ yalnız “yaxşı və məqbul hesab edilən” şərtlər daxilində sülh razılaşmasını imzalamağa hazır olacaq. Onun sözlərinə görə, hazırkı mərhələdə vasitəçi dəyişdirilməsi gündəmdə deyil və Pakistan dialoq prosesində mühüm rolunu davam etdirir.

İran yeraltı raket anbarlarının 90 faizini bərpa edib?

CNN kanalı isə məlumat verib ki, İsrail rəhbərliyi ABŞ Prezidenti Donald Trampın İranla əsas mübahisəli məsələləri həll etmədən razılığa gələ biləcəyindən narahatdır. Telekanal  İsrail rəsmilərinə istinadla bildirib ki, “Trampın pis bir razılaşma əldə edəcəyi ilə bağlı real narahatlıq var”. Qeyd olunub ki, Tehranın nüvə proqramının qismən saxlanılmasını nəzərdə tutan, lakin ballistik raketlər və regional müttəfiqlərlə bağlı məsələləri əhatə etməyən mümkün razılaşma İsrail tərəfindən qəbuledilməz hesab olunur. İsrail rəsmilərinin sözlərinə görə, danışıqların uğursuzluğa düçar olması və ya uzanması halında eskalasiya ehtimalı real olaraq qalır.

“The New York Times” nəşri isə iddia edir ki, İran Hörmüz boğazı boyunca yerləşən 33 yeraltı raket bazasından 30-na yenidən əməliyyat çıxışı əldə edib. Nəşr  bu barədə ABŞ kəşfiyyat məlumatlarına istinadən yazıb. Mənbələrin sözlərinə görə, İran yeraltı raket anbarları və buraxılış sistemlərinin təxminən 90 faizini, həmçinin mobil raket qurğularının və müharibədən əvvəlki arsenalının 70 faizini bərpa edib. Qeyd olunur ki, bu vəziyyət Hörmüz boğazından keçən ABŞ hərbi gəmiləri və neft tankerləri üçün təhlükə yarada bilər. Nəşr, həmçinin bildirir ki, yeni kəşfiyyat məlumatları ABŞ Prezidenti Donald Tramp administrasiyasının İranın hərbi imkanlarının zəiflədilməsi ilə bağlı açıqlamalarını tam təsdiqləmir.

N.BAYRAMLI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:150
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 14 May 2026 10:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri