Icma.az
close
up
RU
İranın ABŞ ın şərtlərinə qarşı vaxt qazanmaq üçün tətbiq etdiyi diplomatik taktikalara inanmaq olmaz

İranın ABŞ ın şərtlərinə qarşı vaxt qazanmaq üçün tətbiq etdiyi diplomatik taktikalara inanmaq olmaz

Icma.az, Bizimyol saytına istinadən bildirir.

“İsrailin baş naziri Benyamin Netanyahunun Vaşinqtona səfərdən gözləntisi böyük idi. Bu səfərdə çox ciddi məsələlər görüşüldü. Heç bir halda İranın vaxt udma diplomatiyası adı altında gizli nüvə fəaliyyətlərini davam etdirmə, yenə də prosesləri öz lehinə çevirmə, öz istəklərinə və yaxud yanaşmasına imkan verilməməsi müzakirə edildi. Çünki burada ayrı bir təhlükə gözlənilir”.

Bu barədə Bizimyol.info xəbər portalına danışan Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli bildirib ki, İran rejimi Amerikanın qoyduğu şərtləri yerinə yetirmədən müzakirələrə başlayarsa və bu müzakirələri müxtəlif bəhanələrlə uzadarsa və deyək ki, Tramp dövrü də bitərsə, ondan sonrakı prosesdə bunlar fikirləşəcəklər ki, əgər Amerikada deyək ki, demokratlar hakimiyyətə gəlsə, onlarla müəyyən mənada dil tapa bilərlər, müəyyən mənada imtiyaz verə bilərlər.

Sadiq İsabəyli

“Digər tərəfdən həm bölgə dövlətlərinə, həm daxildəki öz vətəndaşlarına deyə bilərlər ki, "biz dünyanın super gücü olan Amerikanın artıq buynuzlarını sındırdıq, artıq onları yerində otuzdurduq və İran fars-molla rejimi bu bölgədə sadəcə bölgəsəl güc yox, qlobal güc statusundadır". O zaman da kimsə onun qarşısında dura bilməz, kimsə onun nüvə bombasını istehsal məsələlərinə qarışa bilməz. Belə olarsa, bu şüarlarla da, bu təbliğatlarla da öz fəaliyyətlərini gücləndirəcəklər. Daxildəki bütün narahatlıqları, narazılıqları polis gücü ilə neytrallaşdıracaqlar və bununla da "terrorçu diktator hakimiyyət"ini, qoruyub saxlaya biləcək”-deyə şərhçi qeyd edib.

Sadiq İsabəyli hesab edir ki, bu tərəfdən də bu təhlükə meydandadır.

“Həm İsrail, həm ABŞ cəmiyyəti bunun fərqindədir. Yəni İran rejiminə hər hansı bir formada imtiyazın verilməsi qırmızı cizgi kimi müəyyənləşməlidir. Hətta rejim əgər zaman udmaq istəyirsə, bunlar da bilməlidirlər ki, bu zaman udmaq əslində bu rejimə verilən bir imtiyazdır və bunun yolverilməz olduğunu bu dövlətlər bilməlidir. Heç bir halda bu rejimin dediklərinə, diplomatik taktikalarına inanmaq olmaz. Konkret olaraq ciddi bir prosesə başlanılmalıdır və prosesin də şərtləri müəyyənləşib. O şərtlər yerinə yetirilməyəcəksə, müharibə də qaçılmaz olaraq, onların planlarının tərkib hissəsidir. Hesab edirəm ki, bundan da çəkinməyəcəklər”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Aprel 2025 19:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see318

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see276

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see243

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see231

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see217

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see198

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see191

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see175

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see166

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see161

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see160

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see158

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see153

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see150

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see148

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see144

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see140

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see136

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri