Icma.az
close
up
RU
Şeyxin Ermənistandakı “adamı” tapıldı

Şeyxin Ermənistandakı “adamı” tapıldı

Icma.az bildirir, Hurriyyet saytına əsaslanaraq.

Ermənistanda Nikol Paşinyan hökumətinin Erməni Apostol Kilsəsinə qarşı kampaniyası yeni mərhələyə keçib. Maraqlıdır ki, müxalif erməni mediası bu kampaniyanın siyasi ritorikası ilə Azərbaycan Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadənin bundan əvvəl səsləndirdiyi fikirlər arasında “əlaqə tapıb”.
Belə ki, Şeyx erməni ruhani dairələrini “revanşist” adlandırdıqdan və kilsənin Qarabağ məsələsində mövqeyini tənqid etdikdən bir neçə gün sonra Paşinyan hökuməti Erməni Apostol Kilsəsinə qarşı daha sərt mövqe ortaya qoyub. Erməni mediasında bu iki hadisənin ardıcıllığı xüsusilə müzakirə edilir.
Paşinyan isə kilsə ilə bağlı mövqeyini dövlətçilik və siyasi müdaxilə arqumentləri ilə əsaslandırır. O, kilsənin “dövlət daxilində dövlət” ola bilməyəcəyini, dini qurumun siyasi proseslərə müdaxilə etməməli olduğunu bildirir və kilsənin islahatlara ehtiyac duyduğunu deyir.
Lakin İrəvandakı proseslərin tənqidçiləri hesab edirlər ki, məsələ yalnız kilsənin siyasətdən uzaqlaşdırılması deyil. Onların fikrincə, Paşinyan hakimiyyəti erməni cəmiyyətində böyük nüfuza malik olan Apostol Kilsəsinin siyasi və ictimai təsirini zəiflətməyə çalışır.
Bu fonda QMİ sədrinin əvvəlki açıqlamaları ilə İrəvanda kilsəyə qarşı aparılan kampaniya arasında paralellər aparılması korazehinlik və əbləhlikdir. Paşinyan aylardır ki, katolikos II Qareginə qarşı savaş açıb və bunun səbəblərini Azərbaycanda axtarmaq samanlıqda iynə axtarmaq kimidir. Aydındır ki, İrəvanda katolikos II Qareginə və yüksək rütbəli din xadimlərinə qarşı məhkəmə və siyasi təzyiqlərin gündəmə gəlməsi mənzərəni daha da mürəkkəbləşdirir. Ermənistanın özündə belə bəzi dairələr kilsənin əvvəlki gücünü itirdiyini qəbul edirlər. Amma kilsəyə bağlı olanlar bunun izahını xarici faktorlarla əlaqələndirməyə cəhd edirlər.


Musavat.com-a danışan Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Paşazadənin də, Paşinyanın da dediklərində həqiqət var, sadəcə, koordinasiyalı şəkildə verilən bəyanatlar kimi qiymətləndirmək absurddur.
Bu sərsəm tezisin yalnız erməni radikallarının ağlına gələ biləcəyini deyən hüquq müdafiəçisinin sözlərinə görə, QMİ sədri tamamilə fərqli məsələyə toxunub: “Erməni kilsəsi həmişə qan-qadaya çağırıb. Din xadimləri sülhə dəvət etməlidir. Amma Qarabağda separatizm mövcud olduğu son günə qədər II Qaregin erməniləri təslim olmamağa, döyüşməyə səsləyirdi. Ona görə də Şeyx kilsənin rolunu tənqid edib. Çünki istənilən din sülh tərəfdarıdır”.
Çingiz Qənizadə qeyd edib ki, Paşinyan isə kilsənin dövlətin həyatına müdaxiləsinə qarşı çıxıb: “Bunlar ayrı-ayrı yanaşmalardır. Erməni mediası paralellik axtarmaqla nə demək istəyir? Belə çıxır ki, Paşinyanın Azərbaycanın adamı olduğuna eyham vurmaq məqsədi var. Ümumiyyətlə, onu gah “türklərin adamı”, gah “xain” adlandırırlar. Hətta bəzi müxalif deputatlar deyirlər ki, hökumət başçısı Azərbaycan prezidentindən təlimatlar alır. Təbii ki, Ermənistanda son dərəcədə gərgin proseslər getdiyi bir zamanda belə ittihamlar səslənəcək”.
Həmsöhbətimiz bildirib ki, hakimiyyət seçkilərdən sonra “təmizləmə” işlərinə başlayıb: “Əslində, daha əvvəldən bu hadisələr başlamışdı - kilsə xadimlərinin həbsi, Daşnaksütyun partiyası üzvlərinin evlərində axtarış aparılması, ayrı-ayrı müxalif deputatların fəaliyyətinin yoxlanılması, II Qareginin “KQB” agenti elan olunması və kilsə andını pozaraq övladının olduğu iddiaları fonunda istefasına çağırış, son olaraq da aparılan həbslər göstərir ki, Paşinyan iqtidarı içəridən dərin və kompleks iş aparır. Ona görə belə cəfəng fikirlərin səslənməsi təəccüb doğurmur”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:168
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 27 Avqust 2026 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see839

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see339

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see318

Cəmi 12 həftəyə qocalma sürətini azaltmaq mümkündür?

09 Oktyabr 2026 21:07see304

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see286

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see204

Sudan istifadə edənlərin nəzərinə Bu ünvanlarda...

09 Oktyabr 2026 20:08see198

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see195

DGK də BMW X5 in gömrük dəyəri ilə bağlı narazılıq: Vətəndaş Şahin Bağırova şikayət etdi

09 Oktyabr 2026 22:28see194

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see193

Yumurta çörək yeməklə 100 min dollar yığdı

09 Oktyabr 2026 19:52see192

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see192

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see191

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see185

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see185

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see175

Xərçəngin müalicəsində tarixi İRƏLİLƏYİŞ: xəstələrin sağ qalma müddətini ikiqat artıran möcüzəvi həb

09 Oktyabr 2026 20:17see172

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see166

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see166

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see164
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri