İranın ali lideri zərbədən sağ çıxıb Tramp detalları AÇIQLADI
Avtosfer portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"İranın ali lideri Müctəba Xamenei İrana endirilən zərbədən sonra ağır yaralanmışdı, lakin sağ qaldı".
Avtosfer.az TASS-a istinadən bildirir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp mühafizəkaryönlü radioaparıcı Qlenn Bekə müsahibəsində danışıb.
"Mən onun öldüyünü düşünmürəm. O, bədəninin sol tərəfindən çox ciddi yara almışdı. Ağır yaralanmışdı, amma düşünmürəm ki, ölüb", - deyə Tramp bildirib.
Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı müharibəyə başlayıblar. İyun ayında Vaşinqton və Tehran Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalayıblar. Lakin iyulun 8-nə keçən gecə ABŞ İrana qarşı genişmiqyaslı hücumları bərpa edib və İranı Hörmüz boğazı ilə bağlı əldə edilən razılaşmaların şərtlərini pozmaqda ittiham edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:85
Bu xəbər 26 Avqust 2026 19:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















