Icma.az
close
up
RU
İranın yeni Ali Lideri niyə gizlədilir? Prezident AÇIQLADI

İranın yeni Ali Lideri niyə gizlədilir? Prezident AÇIQLADI

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İran Prezidenti Məsud Pezeşkian ölkənin yeni Ali Lideri Müctəba Xameneinin tamamilə sağlam olduğunu, lakin təhlükəsizlik səbəbindən ictimaiyyət qarşısında görünməkdən yayındığını bildirib.

Redaktor.az xəbər verir ki, Pezeşkian bu barədə CBS News telekanalına müsahibəsində danışıb. O, həmçinin Müctəba Xamenei ilə görüşlərindən və Ali Liderin dövlət qərarlarının qəbulundakı iştirakından söz açıb.

Pezeşkianın sözlərinə görə, vəzifəyə gəldikdən sonra İranın yeni yeni Ali Lideri ilə iki dəfə görüşüb. Görüşlərdən biri yeddi saatdan çox davam edib.

Aparıcı Marqaret Brennan Müctəba Xameneinin hakimiyyətə gəldikdən sonra niyə demək olar ki, ictimaiyyət qarşısına çıxmadığını və yeni onun fotolarının dərc edilmədiyini soruşub.

Pezeşkian bunu yeni hücum təhlükəsi ilə izah edib.

“Səbəblərdən biri odur ki, düşmənlər istənilən halda onun harada olduğunu öyrənməyə çalışırlar”, - İran Prezidenti deyib.

Pezeşkian bu narahatlığı ABŞ və İsrailin İrana qarşı əvvəlki zərbələri ilə əlaqələndirib. Onun sözlərinə görə, İran nümayəndələri danışıqlar apardıqları vaxt hücuma məruz qalıblar.

“Biz danışıqlar aparırdıq, onlar həmin şəxsləri öldürdülər. Yenidən danışıqlar aparmağın, onların gəlib bizi bir daha öldürməsinin heç bir mənası yoxdur”, - Pezeşkian bildirib.

O əlavə edib ki, hazırda İranda belə qətllərin təkrarlanmayacağına dair əminlik yoxdur.

Aparıcı Brennan həmçinin ABŞ və İsrailin İrana zərbələri zamanı atasını və digər ailə üzvlərini itirən, özü isə yaralanan yeni Ali Liderin səhhəti barədə soruşub.

İxtisasca həkim olan Pezeşkian Müctəba Xameneinin səhhətində davam edən hər hansı problemin olmadığını bildirib.

“Tibbi baxımdan o, tamamilə sağlamdır. Bunu məndən, bir həkimdən eşidin və qəbul edin. Onun heç bir problemi yoxdur”, - İran Prezidenti deyib.

Pezeşkianın sözlərinə görə, son görüşləri zamanı Ali Lider bir neçə saat otura və bədəninin vəziyyətini dəyişə bilib.

Aparıcının onun ayaqlarının və üzünün aldığı xəsarətlərdən sonra bərpa olunub-olunmadığı ilə bağlı dəqiqləşdirici sualına Pezeşkian müsbət cavab verib.

“Bəli”, - o bildirib.

İran Prezidenti yeni Ali Liderin ölkənin xarici siyasəti ilə bağlı qərarların formalaşdırılmasında da iştirak etdiyini deyib.

Onun sözlərinə görə, İranda müxtəlif dövlət və güc strukturlarının, parlamentin və hökumətin nümayəndələrindən ibarət altı nəfərlik xüsusi qrup yaradılıb. Bu şəxslər məsləhətləşmələr aparır və qərarları birgə qəbul edirlər.

“Haqqında danışdığımız və müzakirə etdiyimiz hər şey koordinasiya prosesi çərçivəsində formalaşdırılıb”, - Pezeşkian vurğulayıb.

O, mövcud vəziyyətə baxmayaraq, ölkədə qərarların qəbulunun davam etdiyini bildirib.

Yeni Ali Liderin ABŞ-la razılaşma əldə etmək istəyib-istəmədiyi barədə suala Pezeşkian birbaşa cavab verməyib. Lakin o, diplomatiya ilə bağlı bütün qərarların razılaşdırılmış mexanizm çərçivəsində qəbul edildiyini bildirib.

“İranda altı nəfərdən ibarət komanda yaradılıb. Onlar qərarların qəbulu prosesi ilə bağlı danışıqlar və məsləhətləşmələr aparır, koordinasiya yolu ilə qərarlar qəbul edirlər”, - İran Prezidenti deyib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 26 Sentyabr 2026 13:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see380

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see376

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see348

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see310

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see256

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see250

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see230

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see218

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see211

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see205

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see205

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see179

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see169

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see168

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see167

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see166

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see166

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see166

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see165
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri