İranın arxalandığı adamlar aradan götürülüb
Yaxın Şərqdəki proseslərdə İranın arxalandığı 3 əsas açar-şəxs, sütun-şəxs var idi:
1. Həsən Nəsrullah
2. İsmayıl Haniyə
3. Bəşər Əsəd.
Son 3 ayda onların üçü də aradan götürülüb.
Bu, təxminən İranın Yaxın Şərqdəki proseslərə uzanan əllərinin baltalanması deməkdir. Bəşər Əsədin devrilməsi ötən ilin payızında İsrailin Qəzzaya hücumu ilə başlayan prosesin məntiqi davamıdır. Amma geosiyasi oyunun böyük mənada məqsədi heç də İranı Yaxın Şərqdə neytrallaşdırmaq deyil.
İran Suriya məxrəcində qurulmuş, Rusiya və Türkiyənin də daxil olduğu tarazlıq tənliyinin komponentlərindən biri idi. Tənliyin pozulması İranla eyni mötərizənin daxilində olan Rusiyanın dünyadakı vacib nöqtələrin birindəki dayağını itirməsilə nəticələnəcək.
Bu mənada, Suriyada illərdir davam edən tarazlığın pozulmasının məhz Gürcüstandakı hadisələrlə üst-üstə düşməsi təsadüfu deyil. Bunlar eyni qlobal oyunun iki fərqli istiqamətdə təzahürləridir. Nəzəri olaraq bizim regionda da proseslərin gərginləşməsi ehtimalı heç də zəif deyil.
Vüsal MƏMMƏDOV