Icma.az
close
up
RU
İranın atom reaktorlarında baş verəcək hadisə Azərbaycana necə təsir edər? AÇIQLAMA

İranın atom reaktorlarında baş verəcək hadisə Azərbaycana necə təsir edər? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat yayır.

"İranın Buşehr AES, İsfahanda uranın çevrilməsi obyektləri və Natanzdakı obyektlər də daxil olmaqla bir neçə nüvə obyekti var. İranda əsas atom reaktorları Buşehrdə yerləşir və Natanz şəhəridə daxil olmaqla 18 yerdə nüvə tədqiqatları aparılır. Atom energetikası üzrə Beynəlxalq Agentliyin, MAQATE-nin məlumatına görə, hazırda İranda agentliyin mühafizəsi altında olan 18 nüvə infrastrukturu obyekti, o cümlədən tədqiqat institutları, tədqiqat reaktoru və bir neçə uranın zənginləşdirilməsi zavodu var". 
Bu sözləri Demokrat.az-a açıqlamasında “Sağlam həyata doğru” Ekoloji İctimai Birliyinin sədri Sadiq Həsənov deyib.
O bildirib ki, digər doqquz obyekt isə bəyan olunmayıb:
"İranın mərkəzində, Natanz şəhəri yaxınlığında yerləşən obyektə pilot və sənaye uranın zənginləşdirilməsi zavodu var. Kompleks ikisi 50 000 sentrifuqa üçün nəzərdə tutulmuş üç yeraltı binadan və altı yerüstü binadan, ikisi qaz sentrifuqalarının yığılması üçün 2500 kvadratmetrlik zaldan ibarətdir. Yeraltı qurğular təxminən 7,6 m qalınlığında beton qalxanla qorunur. Kompleksin ərazisində yerləşən nüvə materialları və uranın zənginləşdirilməsi avadanlığı MAQATE-nin mühafizəsi altındadır. Təsadüfi deyil ki, İsrail raketləri əsasən Natanz şəhərində olan bu zavodu vururlar. MAQATE-nin bir neçə il bundan əvvəl açıqladığı məlumata görə İran Uran 238 izotopunun 80%-dən yuxarı hissəsini zənginləşdirilib, hətta bu prosesin son mərhələsinə qədəm qoyub. Buna görə də İranın üzərinə bu cür irimiqyaslı hərbi hücumlar var. Əgər atılan raket və ya bombalardan hər hansı biri nüvə obyektinə düşsə, uran izotopları ətrafa dağılsa, həmin ərazi üçün çox böyük bir təhlükə yarana bilər".
Ekspert bildirib ki, Uranın yarımparçalanma dövrü milyard illə ölçülür, ətrafa yayılması küləyin sürətindən və istiqamətindən asılı olaraq böyük ölçüdə dəyişir:
"Uranın əsasən iki izotopu var, Uran 238 və Uran 235. AES-lərdə yanacaq kimi və atom bombalarının hazırlanmasında Uran 235-dən istifadə olunur. Əgər İsrailin raket hücumları ilə bağlı İranda nüvə ilə bağlı hər hansı xoşagəlməz bir hadisə yaşansa, radiasiyanın qonşu ölkələrə yayılması baş verə bilər. Demək olar ki, radiasiya şüalarından mühafizə üçün hansı tədbirlərin görülməsi sual işarəsi altındadır.Sovet dövründə bu cür hadisələrdən mühafizə üçün insanların yerləşdirilib qorunması üçün müəyyən yeraltı sığınacaqlar var idi. İndi sığınacaqlar  yoxdur və ya istifadə halında deyil. Bu tip qorunma sığınacaqlarının yenidən qurulması üçün isə olduqca ciddi maliyyə vəsait tələb olunur. Amma istənilən halda radioaktiv maddənin ətrafa sızma halının olması kimi bir problem yaşanacağını düşünmürəm. Əgər nüvə reaktoruna zərbə endirilsə, küləyin istiqamətindən asılı olaraq, hər hansı bir ölkəyə çox sürətlə yayıla bilər. Çernobıl hadisəsində baş verən partlayışdan sonra küləyin istiqamətinə görə radioaktiv maddə hava yolu ilə əvvəlcə Belarusa, daha sonra Almaniyaya, ta İsveçrəyə qədər gedib çıxmışdı.Uran-235-in parçalanma dövrü həcmindən və kütləsindən asılı olaraq olduqca uzun çəkir. Hesab edirəm ki, əgər belə bir hadisə baş versə Azərbaycan həmin ərazilərdən 100-lərlə km uzaqlıqda yerləşdiyindən bizim sərhədlərə qədər gəlib çatmayacaq.  İranın əsas nüvə obyektləri  xoşbəxtlikdən bizdən uzaqda fars əyalətlərində yerləşir. Təbrizdə bir hava limanı var oda ağır təyyarələr üçündür.Bir daha ümid edək ki, İranın nüvə obyektləri ilə  bağlı belə bir hadisə yaşanmayacaq".
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 17 İyun 2025 13:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see314

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see296

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see291

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see288

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see275

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see273

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see253

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see247

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see246

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see244

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see241

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see240

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see233

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see224

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see215

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see209

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see208

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see208

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see197

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri