Icma.az
close
up
RU
İranın Azərbaycan və Ermənistandan gözləntisi, Əhmədianın ardıcıl səfərlərinin məqsədi ŞƏRH

İranın Azərbaycan və Ermənistandan gözləntisi, Əhmədianın ardıcıl səfərlərinin məqsədi ŞƏRH

Moderator.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Azərbaycan prezidenti İlham Əliyev yanvarın 8-də İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Əkbər Əhmədianı qəbul edib. Bu gün isə Əli Əkbər Əhmədian Ermənistana səfər edib. Əhmədianı ilk qəbul edən isə Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan olub. Onun Ermənistan baş naziri Nikol Paşinyanla görüşü də planlaşdırılır.

İran rəsmisinin region dövlətlərinə-Azərbaycana, daha sonra Ermənistana səfər etməsi gündəmin əsas müzakirə mövzularından biridir. Bu səfərlərin ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın andiçməsindən öncə reallaşmasına diqqət çəkənlər az deyil.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) aparıcı məsləhətçisi Sultan Zahidov Musavat.com-a açıqlamasında bildirib ki, İran son illərdə həyata keçirdiyi siyasəti nəticəsində bataqlıqda batan və saman çöpü axtaran dövləti xatırladır.

Ekspertin fikrincə, dövlətin həm daxilindəki problemlər, həm beynəlxalq arenada nüfuzunun get-gedə düşməsi, həm də Yaxın və Orta Şərq regionunda təsir dairəsinin daralması İranın vəziyyətini daha mürəkkəbləşdirib: “Bu baxımdan İran əvvəlki səhvləri müəyyən qədər düzəltməyə cəhd edir, ən azından bu cür görünməyə çalışır. Biz bilirik ki, son bir ildə, xüsusilə də İsrail və ABŞ-nin birgə kampaniyaları nəticəsində İranın Yaxın Şərqdəki-istər Livanda, istər Fələstində, istərsə də Yəməndə proksiləri xeyli zəifləyib. Nəhayət, Suriyada rejim dəyişikliyindən sonra İranın regiondakı nüfuzu daha da sarsılıb. Digər tərəfdən, Qərb, Avropa ilə münasibətlərində müəyyən problemlər var bu baxımdan İran bu siyasəti dəyişərək yenidən Avropa ilə nüvə danışıqlarına oturmaq istəyir. Eyni zamanda görürük ki, Qafqaz regionunda da İranın işləri planlaşdırdığı kimi getmir. Hələ II Qarabağ müharibəsindən sonra Azərbaycanın bölgədə yarattığı yeni geosiyasi reallıqları həzm etmək istəməyən İran ölkəmizə qarşı qərəzli mövqe tutdu. Zəngəzur dəhlizinə qarşı heç bir əsası olmadan əks-mövqe irəli sürdü. Ermənistanı davamlı şəkildə dəstəkləməyə davam etdi. Terror hadisəsi və bu terror hadisəsindən sonra terroru törətmiş şəxsin lazımı şəkildə cinayət məsuliyyətinə cəlb olunmaması və ondan sonra onun təyin olduğu hökmə məruz qalmaması bir daha onu göstərir ki, İran Cənubi Qafqaz siyasətində daha çox qərəzli addımlara üstünlük verməkdədir. Azərbaycandan çox, Ermənistanla olan münasibətlərinə qiymət verməkdədir. Düşünürəm ki, Təhlükəsizlik Şurasının katibinin səfəri də bunlarla əlaqəlidir. Məlumdur ki, İranın son addımları, ələxsus, terrorçunun təyin olduğu hökmə məruz qalmaması məsələsi ilə bağlı Azərbaycanın ölkə başçısı timsalında mövqeyi irəli sürüldü”.

S.Zahidovun sözlərinə görə, Azərbaycanın İran üçün həm də strateji əhəmiyyəti var: “Şimal-Cənub dəhlizinin vacib hissəsi kimi Azərbaycanın strateji əhəmiyyəti var. Enerji sahəsində də əməkdaşlıq baxımından Azərbaycan İran üçün əhəmiyyətlidir. Bütün bunları nəzərə alsaq, İran sözsüz ki, Azərbaycanı itirmək istəmir. Bu baxımdan Əli Əkbər Əhmədianın səfərini təsadüfi saymamalıyıq. Digər tərəfdən İranın ehtiyatlandığı məqamlardan biri ABŞ-də Donald Tramp timsalında yeni administrasiyanın hakimiyyətə gəlməsidir. Məlumdur ki, Trampın əvvəlki dönəmində də onun Yaxın v Orta Şərqdə seçdiyi əsas hədəflərdən biri İran idi. Trampın iki gün öncəki çıxışında dolayı olsa da, İran hədəf kimi göstərildi. Tramp qeyd etdi ki, əgər yaxın zamanlarda, ayın 20-ə qədər HƏMAS əsirləri qaytarmasa, o zaman Yaxın və Orta Şərqi cəhənnəmə çevirəcək. Bütün bunlar, istər-istəməz İranda təlaş yaratmaqdadır. Xatırladaq ki, Trampın ilk prezidentlik dönəmində Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun planı var idi. “Bolton planı” Qafqazda İranın təsirinin azaldılması, Türkiyənin söz payının çoxaldılmasını ehtiva edirdi. İran ABŞ-nin bu planı yenidən işə salmasından ehtiyat edir. Bu baxımdan çalışır ki, müəyyən qədər də olsa, Qafqaz ölkələri ilə münasibətlərinə korrektələr etsin. Əli Əkbər Əhmədian Azərbaycandan sonra Ermənistana da səfər etdi.

Çünki “Bolton” planına görə Ermənistan da İranın təsir dairəsindən uzaqlaşdırılmalı idi. Halbuki, Ermənistanda bunun baş verəcəyi inandırıcı görünmür. Ermənilər bu gün hətta ruslardan daha çox, İrana bel bağlayırlar. Amma istənilən halda İranın bu təlaşını anlaya bilərik. Amma Azərbaycan üçün vacib olan oldur ki, İran konstruktiv mövqe sərgiləsin, verdiyi vədlərə sahib çıxsın, Azərbaycanla münasibətlərdə gərginliyə səbəb olacaq addımlar atmasın. İki ölkə arasında, eyni zamanda çoxtərəfli formatda öhdəlik götürdüyü layihələrin reallaşdırılmasına maneçilik törətməsin”.

S.Zahidov əlavə edib ki, İran daha konstruktiv mövqe sərgiləsə, Azərbaycanla bağlı münasibətlərdə daha diqqətli olsa, o zaman Azərbaycan da regionda mehriban qonşuluğa, əməkdaşlığa və təhlükəsizliyə töhvə verən ölkə kimi İranla münasibətlərdə adekvat addımlar atacaq. “Əks təqdirdə, münasibətlərdə soyuqluq davam edə bilər”, deyə ekspert vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:72
embedMənbə:https://moderator.az
archiveBu xəbər 09 Yanvar 2025 15:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see352

“Hər bir Azərbaycan vətəndaşına ildə 5 kq palma yağı yedizdirilir...”

03 Yanvar 2026 12:48see248

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see215

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see195

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see191

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see167

Bakıya bu tarixdə qar yağacaq Dəqiq gün AÇIQLANDI

04 Yanvar 2026 06:07see164

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see162

Nofəl Şahlaroğlu: Pula görə etdiyimi görsən, ürəyin bulanar

03 Yanvar 2026 23:35see161

İlham Yadullayev: Çalışacağıq ki, komandaya yeni futbolçular dəvət edək

03 Yanvar 2026 13:04see160

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see152

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see151

Ukraynada kadr islahatlarının gerçək səbəbi: Zelenskinin yeni hərbi siyasi strategiyası

03 Yanvar 2026 22:08see146

Bu gün Fövqəladə Hallar Nazirliyi işçilərinin peşə bayramıdır

04 Yanvar 2026 05:26see143

Qarabağ Antalyada Özbəkistan və Polşa klubları ilə qarşılaşacaq

03 Yanvar 2026 23:33see143

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see142

Zelenski Trampla görüşəcək

04 Yanvar 2026 00:10see142

“Temu” Azərbaycan bazarından “çıxarılır”?

03 Yanvar 2026 17:38see142

Ekspertlər ən etibarlı 10 krossoveri açıqladı SİYAHI

04 Yanvar 2026 00:03see138

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri