Icma.az
close
up
RU
“İranın Azərbaycanı İsrail ilə əməkdaşlıqda ittihamları əsassızdır” TURAL İRFAN

“İranın Azərbaycanı İsrail ilə əməkdaşlıqda ittihamları əsassızdır” TURAL İRFAN

Icma.az, Gununsesi saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Son dövrlər İranın dövrəyə buraxdığı ideyalardan biri Azərbaycan hakimiyyətinin İsrail ilə əməkdaşlığını müsəlmanlığa qarşı göstərməkdir. Onlar iddia edirlər ki, Azərbaycan guya müsəlman dəyərlərinə zidd hərəkət edir və buna görə İsraillə əməkdaşlıq edir. Bu fikri sürəkli şəkildə Azərbaycanın cəmiyyətinə ötürməklə, Azərbaycan qeyri-müsəlman və müsəlmanların əleyhinə olan bir dövlət kimi təqdim olunur”.

Bu fikirləri Gununsesi.info-ya siyasi şərhçi Tural İrfan bildirib:

“1979-cu ildə İranda inqilab baş verdi və məlum hakimiyyət quruldu. İdeoloji əsaslarına görə inqilabın ixrac olunması nəzərdə tutulurdu və bu ixrac müsəlman ölkələrinə, qonşu dövlətlərə, ümumiyyətlə, bütün Yaxın və Orta Şərqə yayılırdı. Bu ideologiya çərçivəsində İsrail düşmən obrazı kimi göstərildi. Onların konsepsiyasına görə, xalqın birliyini təmin etmək və hakimiyyətin möhkəmliyini qorumaq üçün mütləq bir düşmən obrazı yaradılmalıdır.

Əslində, 1980-ci illərdə İran-İraq müharibəsində ABŞ və İsrail İrana ən çox dəstək verən ölkələrdən olmuşdur. İsrailin hərbi ekspertləri İranda fəaliyyət göstərmiş, Saddam Hüseynin Fransa ilə əlaqələri nəticəsində qurulmuş obyektlər də İsrail və ABŞ-a xidmət etmək üçün nəzərdə tutulmuşdur. Hətta o dövrdə İrana 3 milyard ABŞ dolları dəyərində silah yardımı edilmişdi. Bu, əsasən Saddam Hüseynin Ərəb dövlətlərini birləşdirərək Fələstin məsələsində ciddi hərəkətlərə başlamasının qarşısını almaq məqsədini daşıyırdı”.

Tural İrfan vurğulayıb ki, bu kontekstdə, İranın bu gün Azərbaycanı İsrail ilə əməkdaşlıqda ittiham etməsi tamamilə əsassızdır:

“Əksinə, Azərbaycan qonşu dövlət olaraq, keçmişdə İranın tətbiq etdiyi strategiyalardan nümunə götürmüşdür. Üstəlik, bir neçə gün əvvəl İran prezidenti Qəzvindəki çıxışında Azərbaycan xalqının qonşu və qohum olduqlarını vurğuladı və münasibətlərin gücləndirilməsinin vacibliyini qeyd etdi.

Azərbaycanın İsraillə yaxın münasibətləri İranın iddia etdiyi kimi mənfi niyyətlərə xidmət etmir. Qarabağ məsələsində İsrail Azərbaycanın əsas dəstəkçilərindən biri olub, İran isə fərqli mövqe sərgiləyib.

Bundan başqa, Azərbaycan bəzi müsəlman ölkələri ilə İsrail arasında yaranmış ziddiyyətlərin aradan qaldırılmasında vasitəçilik edir və böyük münaqişələrin qarşısını alır. Məsələn, son 12 günlük İran-İsrail qarşıdurmasında Azərbaycan əhəmiyyətli dərəcədə rol oynayıb və ölkəmizin soydaşlarının təhlükəsizliyini təmin edib”.

Şəbnəm Rəhimova

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:176
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 29 Avqust 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri