İranın bəzi əyalətləri "qənaət üçün" "istirahət günü" elan etdi
Bakupost saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İranın bölgələrinin yarıdan çoxunun hakimiyyət orqanları avqustun 13-nü dövlət qurumları üçün qeyri-iş günü elan edib, bunda məqsəd ilin ən isti mövsümündə elektrik enerjisi istehlakını azaltmaq olub.
Bakupost.az Oxu.Az-a istinadla xəbər verir ki, bu barədə SNN telekanalı məlumat verib.
Qeyd olunub ki, ölkənin 31 regionundan 16-da belə tədbirlər görülüb və bəzilərində həm dövlət, həm də bank qurumları işləməyəcək.
Qeyd edək ki, İran son illərdə enerji infrastrukturunun həddən artıq köhnəlməsi səbəbindən ölkənin müxtəlif bölgələrinin fasiləsiz elektrik təchizatı ilə təmin edilməsində ciddi çətinliklərlə üzləşir.
2024-cü il dekabrın 12-də İran Prezidenti Məsud Pezeşkian videomüraciət lentə alıb və iranlıları öz evlərində temperaturu ən azı iki dərəcə azaltmağa çağırıb ki, bununla qaz anbarlarını doldurmaq və bütün ölkəyə fasiləsiz elektrik enerjisi təchizatını davam etdirmək imkanı yaransın. İran hökuməti sosial şəbəkələrdə "iki dərəcə aşağı" həştəqini işə salıb. Kampaniyaya 20-dən çox siyasətçi, idmançı və ictimai xadim, o cümlədən milli futbol komandasının oyunçuları dəstək veriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:36
Bu xəbər 12 Avqust 2025 22:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















