Icma.az
close
up
RU
İranın “Bütün müsəlman ölkələri birləşin” çağırışının kodları

İranın “Bütün müsəlman ölkələri birləşin” çağırışının kodları

Hurriyyet saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ekspert hesab edir ki, İslam dünyasında həmrəylik ideyası dəstək qazana bilər, amma bunun üçün...

İran bütün müsəlman ölkələrini İsrailə qarşı birləşməyə və vahid təhlükəsizlik sistemi yaratmağa çağırıb. İranın müdafiə naziri vəzifəsini müvəqqəti icra edən İbn Rza Türkiyənin müdafiə naziri Yaşar Gülərlə telefon danışığında İslam dövlətlərinin İsrailin “təxribat xarakterli hərəkətlərinin” qarşısını almaq üçün real birlik nümayiş etdirməli olduğunu bildirib.

İran rəsmisi müsəlman ölkələrinin vahid təhlükəsizlik sistemi formalaşdırmasının vacibliyini vurğulayıb. Onun fikrincə, Yaxın Şərqdə qeyri-sabitliyin əsas səbəblərindən biri xarici qüvvələrin regiondakı mövcudluğudur.

Cənub qonşumuzun “bütün müsəlman ölkələrinin birləşməsi” çağırışı ilk baxışdan İslam dünyasında kollektiv təhlükəsizlik ideyasını gündəmə gətirir. Lakin burada əsas sual ortaya çıxır: İran özü İslam ölkələri arasında belə həmrəyliyin formalaşmasına nə dərəcədə hazırdır?

Çünki müsəlman dünyası vahid siyasi və hərbi blok deyil. Region dövlətlərinin İranla münasibətləri də eyni deyil. Türkiyə, Səudiyyə Ərəbistanı, Körfəz ölkələri və digər müsəlman dövlətlərinin təhlükəsizlik prioritetləri, xarici siyasətləri və Tehranla münasibətləri bir-birindən ciddi şəkildə fərqlənir.

Bu baxımdan İranın çağırışının real nəticə verib-verməyəcəyi yalnız İsrailə münasibətdən deyil, Tehranın digər müsəlman ölkələri ilə münasibətlərində nə qədər ortaq mövqe formalaşdıra bilməsindən də asılı olacaq.

Əslində İranın təklif etdiyi vahid təhlükəsizlik sistemi yalnız İsrailə qarşı yönəlmiş siyasi çağırış olmaqdan çıxıb bütün İslam dünyasının qəbul edə biləcəyi mexanizmə çevriləcəksə, Tehran özü də qonşu və digər müsəlman dövlətlərinin maraqlarını nəzərə alan daha geniş konsensus axtarmalı olacaq.

Ona görə də İranın çağırışı qarşısında əsas sual belədir: Tehran həqiqətən bütün müsəlman ölkələrinin təhlükəsizlik həmrəyliyini istəyir, yoxsa söhbət İsrailə qarşı daha geniş regional koalisiyanın yaradılmasından gedir?


Fikrət Yusifov

Sabiq maliyyə naziri, siyasi və iqtisadi məsələlər üzrə şərhçi Fikrət Yusifov “Yeni Müsavat”da bu məsələyə belə şərh verdi: “İran nədən müsəlman ölkələrinin vahid təhlükəsizlik sistemini yaratmaq ideyasını indi ortaya atır? İranın müsəlman aləminə baxışları fonunda onun bu məkandakı yeri və rolu aparıcı ola bilməz. Əvvəla ona görə ki, tarixdə İslamı iki məzhəbə bölüb onu öz hakimiyyətləri üçün bir alətə çevirən elə İran olub. İslamı bu şəkildə bölən bir tərəfin İslam birliyindən danışmağa haqqı varmı? Bir sözlə, İran müsəlman dövlətləri ilə bütün münasibətlərini sünni-şiə müstəvisində qurduğundan ona necə güvənmək olar. Və bundan heç də az əhəmiyyət kəsb etməyən digər bir sual. İran molla rejimi hakimiyyətə gəldikdən sonra ən azından regionun müsəlman dövlətləri ilə necə davranıb? İran regionda öz təsirinə ala bildiyi islam dövlətlərinin ərazisində yalnız təxribatlar törədən proksilər yaratmaqla məşğul olub. Və bu gün də bu yoldan çəkinmək fikrində deyil. Bir sözlə, siyasi müstəvidə İran, ipinin üzərinə odun yığmağın mümkün olmadığı bir dövlətdir. O, bu gün İsrailə qarşı apardığı mübarizədə getdikcə daha da təkləndiyi və zəiflədiyi bir durumda müsəlman ölkələrinə vahid təhlükəsizlik sistemini yaratmağı təklif edir”.

Sabiq nazirin sözlərinə görə, İranın İsraillə düşmənçiliyinin kökləri çox dərindir: “Bu münaqişədə tərəf tutmaq lazım deyil. Ən azından ona görə ki, bölgədə bir çox davranışlarına görə İsrailə haqq qazandırmaq mümkün deyil. Elə son hadisələrə nəzər salaq. Bir para HƏMAS quldurunun 7 oktyabr 2023-cü ildə İsrailə etdiyi hücumun qarşılığını İsrail Qəzzada 85 mindən çox insanın öldürməklə cavab verdi. İsrail ordusu tərəfindən öldürülənlərin 60%-dən çoxu qadınlar və uşaqlar oldu ki, onlardan 24 minə qədəri uşaqlardır. Bu, vəhşilik və antiinsani bir davranışdır. İnsan olan bir kimsə İsrail ordusunun bu davranışına bəraət qazandırmamalıdır.  Təbii ki, belə hadisələr iki dövlətin münasibətlərini bir qədər də gərginləşdirir. Lakin iki dövlət arasındakı münaqişənin kökləri belə münaqişələrin yaratdığı qarşıdurmadan daha dərindir. Dini fanatizmin zirvəsinə yüksəlmiş molla rejimi bölgədəki yəhudi dövlətinə kafir damğası vurub, onu məhv etməyi özünün ali hədəfinə çevirib və rejim inanır ki, bunu nə vaxtsa edə biləcək. Anlamaq istəmirlər ki, onlara İsraili məhv etməyə İsrailin bir saylı müttəfiqi ABŞ kimi dünya nəhəngi imkan verməz.

Bütün bu dediklərimizə söykənsək, bir daha inanarıq ki, İranda bu gün mövcud olan və dövləti idarə edən rejimlə hər hansı bir məsələdə hər hansı bir formada bir araya gəlmək mümkün deyil. İranın bu gün ortaya atdığı - müsəlman ölkələrinin vahid təhlükəsizlik sisteminin yaradılması - ideyası əslində çox yaxşı bir ideyadır. Lakin bu ideyanı İrandakı sözü ilə əməli heç vaxt üst-üstə düşməyən molla rejimi ilə etmək mümkün deyil".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:158
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Avqust 2026 21:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri