İRANIN DİNİ LİDERİNDƏN SƏRT MESAJ: Sionist rejim çox ağır cavab alacaq Hər addımın əvəzini siz çox ağır ödəyəcəksiniz
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İranın ali dini lideri Ayətullah Əli Xamenei İsrailin səhərə yaxın İrana hava hücumundan sonra xalqa müraciət edib. O, müraciətində İsraili əks cavabla hədələyib.
Mia.az xarici mətbuata istinadla xəbər verir ki, o, xalqa müraciətdə deyib: "Sionist rejim bu səhər tezdən sevimli vətənimizdə çirkli və qanlı əlləri ilə yeni qətliam həyata keçirib, mülki yaşayış məntəqələrimizi hədəfə alıb və öz şər xislətini hər zamankindən daha açıq şəkildə ifşa edib. Bu rejim bunun ağır cəzasını gözləməlidir.
Allahın izni ilə İran İslam Respublikasının güclü silahlı qüvvələri bu hücuma mütləq cavab verəcək və onları rahat buraxmayacaq. Bu hücumda bəzi komandir və alimlərimiz şəhid oldular. Lakin onların yerinə gələnlər heç vaxt itirmədən öz vəzifələrini davam etdirəcəklər. Sionist rejim bu hücumla özü üçün acı və qaranlıq sonluq hazırladı. Sionist rejim çox ağır cavabını alacaq, bu hücumun əvəzi çox ağır ödəniləcək".
İsrail Baş Qərargah rəisi Eyal Zamir dini liderin müraciətinə operativ cavab verib: "Bizə meydan oxuyanlara xəbərdarlıq edirəm: hər addımın əvəzini siz ağır ödəyəcəksiniz".
O, artıq dönüşü olmayan bir nöqtədə olduqlarını bildirib
Samir MUSAYEV
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 13 İyun 2025 08:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















