Icma.az
close
up
RU
İranın ehtiyacı: Tehran Bakı ilə münasibətlərin düzəlməsinə can atır, amma...

İranın ehtiyacı: Tehran Bakı ilə münasibətlərin düzəlməsinə can atır, amma...

Icma.az, Ayna saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ceyhun Məmmədov: “Pezeşkianın bir səfəri ilə bütün problemlərin aradan qalxacağını gözləmək sadəlövhlük olardı”

İran Prezidenti Məsud Pezeşkian bu günlərdə Azərbaycana səfər edəcək. Prezidentin səfərinin aprelin 28-də baş tutacağı gözlənilir. İran hökumətinin sözçüsü Fatimə Mühacirani iki gün əvvəl açıqlamasında bildirib ki, aprelin son günlərində Prezident Pezeşkian Azərbaycana səfər edəcək, bu, mühüm səfərdir və iki ölkə arasında münasibətlərin yaxşılaşdırılmasına yönəlib: “Bu səfər ölkələr arasında müxtəlif münasibətləri, o cümlədən diplomatik və iqtisadi əlaqələri genişləndirməyə kömək edən məsələləri müzakirə etmək üçün yaxşı fürsətdir”.

Pezeşkianın Azərbaycana rəsmi səfəri ərəfəsində verdiyi açıqlamalar da göstərir ki, Tehran iki ölkə arasında münasibətlərin normallaşması və gələcək əməkdaşlıq niyyətindədir. Prezident İranın rəsmi informasiya platforması olan “Presstv.ir” saytına verdiyi bəyanatlarda həm siyasi, həm də iqtisadi mesajlar verib.

“İki ölkə vahid bir orqanın üzvləri kimidir və sərhədin hər iki tərəfində yaşayan insanlar min illik dərin dostluq və ümumi yaxınlıqdan qaynaqlanan geniş qarşılıqlı maraqları bölüşürlər” – deyə Pezeşkian bildirib.

Pezeşkian eyni zamanda, vurğulayıb ki, İran və Azərbaycan arasında son illərdə yaranmış yanlış yozumlar və gərginliklər aradan qaldırılmalı, tərəflər arasında qarşılıqlı fəaliyyətin dərinləşdirilməsi üçün mövcud potensialdan istifadə olunmalıdır: “İki ölkə və onların xalqları arasında qarşılıqlı fəaliyyət potensialı və imkanları geniş, dərin və rəngarəngdir. Davam edən əlaqələrin bərpası prosesi ilə biz tezliklə bu imkanların çiçəklənməsinin, əlaqələr və əməkdaşlıq səviyyəsində sürətli və mənalı yüksəlişin şahidi olacağıq.”

İran Prezidenti Bakıya gözlənilən səfərinin də bu yüksəliş prosesinə ciddi töhfə verəcəyini qeyd edib: “Ümidvaram ki, son məsləhətləşmələr və aparılan hazırlıq işləri nəzərə alınmaqla, bu səfər iqtisadiyyat, ticarət, mədəniyyət, turizm və siyasət sahələrində hökumət, özəl və dövlət sektorları arasında əlaqələrin dərinləşdirilməsi və əməkdaşlığın genişləndirilməsi prosesini əhəmiyyətli dərəcədə asanlaşdıracaq və sürətləndirəcək.”

Qeyd edək ki, 2023-cü ilin yanvarında Tehrandakı Azərbaycan səfirliyinə silahlı hücum zamanı bir nəfərin həlak olması və rəsmi Bakının bu hadisəni “terror aktı” kimi qiymətləndirməsi iki ölkə arasında ciddi gərginliyə səbəb olmuşdu. Rəsmi Tehran isə həmin hadisəni şəxsi motivlərlə izah etmiş və məsələ uzun müddət qarşılıqlı ittihamlarla müşayiət olunmuşdu. Bu fonun fonunda Pezeşkianın Bakıya səfəri və verdiyi barışıq mesajları strateji əhəmiyyət daşıyır. Ekspertlər qeyd edirlər ki, Pezeşkianın səfərdən əvvəl verdiyi mesajlar onu göstərir ki, Tehran Bakı ilə münasibətlərin normallaşmasında maraqlıdır.

Mövzu ilə bağlı AYNA.AZ-ın suallarını cavablandıran Milli Məclisin deputatı Ceyhun Məmmədov qeyd edib ki, İranla münasibətlər məsələsi Azərbaycan cəmiyyətində həssaslıqla izlənilən mövzudur:

- Bir müddət əvvəl cənab Prezident ADA-da keçirilən beynəlxalq konfransda İranla münasibətlərimiz məsələsinə geniş toxundu və Azərbaycanın mövqeyini açıqladı.

Azərbaycan ictimaiyyəti uzun müddətdir Pezeşkianın səfərini gözləyirdi. Nəzərə alsaq ki, onun Azərbaycan türkü olması, zaman-zaman Azərbaycan dilində danışması da bizim cəmiyyət tərəfindən maraqla qarşılanıb. Pezeşkian Prezident seçilərkən bizim insanlarımız Cənubi Azərbaycan türklərinin problemlərinin həllinə, Azərbaycanla münasibətlərin düzəlməsinə öz töhfəsini verəcəyini düşünürdü və böyük gözləntilər var idi.

Qeyd edim ki, biz İranla uzun müddət gərginlik yaşadıq və bu gərginliyin əsas səbəbkarı məhz İran idi. Xüsusilə də Azərbaycanın Tehrandakı səfirliyinə hücum, diplomatik nümayəndəlik əməkdaşlarımıza qarşı terror aktı Azərbaycanda çox geniş rezonans doğurmuşdu. Eyni zamanda, İranın işğalçı Ermənistana yardımları, bizim maraqlarımıza zidd addımları oldu. İndi görünən odur ki, iki ölkə arasında münasibətlər düzələn xətt üzrə inkişaf edir. Rəsmilərin qarşılıqlı səfərləri, liderlər arasında məktublar, indi isə İran Prezidentinin səfəri göstərir ki, münasibətlərin düzəlməsi istiqamətində addımlar atılır.

- Amma cəmiyyətin əksər kəsimində İrana qarşı aqressiv mövqe müşahidə edilir...

- Mən də sosial şəbəkələrdə İrana qarşı ifadələrə rast gəlirəm. Əslində haradasa aqressiyanın səbəbini də başa düşmək olar. Amma insanlarımız unutmasınlar ki, İran Azərbaycanın qonşu dövlətidir. Nəzərə almaq lazımdır ki, İran güclü dövlətçilik ənənələri olan dövlətdir. Eyni zamanda, bizim ortaq tariximiz, mədəniyyətimiz mövcuddur. Ən önəmlisi isə odur ki, bu gün İran ərazisində bizim çoxlu soydaşlarımız yaşayır. Bu baxımdan, iki ölkə arasında münasibətlərin yaxşı olması çox önəmlidir.

- Pezeşkianın səfəri ilə münasibətlər tam qaydasına düşəcəkmi?

- Əlbəttə, yox. Pezeşkianın bir səfəri ilə bütün problemlərin aradan qalxacağını gözləmək sadəlövhlük olardı. Bilirsiniz, təhlillərimiz onu göstərir ki, İranda qonşu dövlətlərlə münasibətlər məsələsində ikili baxış var. Birincisi, mühafizəkarların yanaşmasıdır ki, bu bir qədər radikal yanaşmadır. İkinci yanaşma isə islahatçıların yanaşmasıdır ki,  bu, yumşaq yanaşmadır və mehriban qonşuluqda, əlaqələrin inkişafında maraqlı yanaşmadır. Görünən odur ki, indi İranda mühafizəkarlarla islahatçılar arasında, konkret desək, Pezeşkianın aparatı ilə mühafizəkar qüvvələr arasında fikir ayrılıqları mövcuddur. Amma Pezeşkian münasibətlərin düzəlməsi üçün addımlar atmağa davam edəcək.

Pezeşkianla birlikdə Azərbaycana çoxlu iş adamının gəlməsi, xüsusilə də söhbət  həm də Azərbaycan kökənlilərdən gedir, İran hazırkı ağır durumda çalışır ki, region ölkələri ilə əlaqələrini gücləndirsin. Buna nə dərəcədə nail ola biləcək, zaman göstərəcək. Bütün hallarda, bu səfər çox önəmlidir. Amma bir səfərdən ciddi nəticələr gözləmək lazım deyil. Nəzərə almaq lazımdır ki, İranda çox mürəkkləb idarəçilik sistemi mövcuddur və qərarları Ali Rəhbər verir. Bu amili yaddan çıxarmaq olmaz. Bütün hallarda, biz ümidliyik ki, müsbət nəticələr əldə olunacaq.

- Sizcə, İranın Ali Rəhbərinin Azərbaycana münasibətində dəyişiklik varmı?

- Bu gün İranın daxilində çox ciddi problemlər var. Mühafizəkar kəsim də bunu anlayır. Söhbət həm iqtisadi-sosial problemlərdən gedir, həm də beynəlxalq aləmin Tehrana qarşı təzyiqlərindən, müharibə ehtimalından gedir. İran maksimum çalışır ki, qonşu ölkələrlə iqtisadi əlaqələri gücləndirsin, öz məhsullarını ixrac etsin. Biz bunu Ermənistanın təcrübəsində müşahidə etmişik. İndi görünən odur ki, İran Azərbaycanla birgə müəssisələr yaratmaq istəyir, öz məhsullarını ixrac etmək istəyir. Tehran üçün bu gün Azərbaycanla, Ermənistanla, Rusiya ilə ticarət mübadiləsini artırmaq prioritetdir. Amma İranın dövlət ideologiyası da mövcuddur ki, bu ideologiyanı da yeritməyə çalışır. Bu, hər zaman aktual olacaq. Zaman-zaman İran ideologiyasını yaymaq üçün addımlar atacaq ki, buna şübhə yoxdur. Bu isə əlbəttə, münasibətlərə xələl gətirən məsələlərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://ayna.az
archiveBu xəbər 25 Aprel 2025 10:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see358

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see322

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see315

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see309

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see307

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see302

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see295

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see288

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see281

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see259

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see256

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see248

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see246

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see243

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see241

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see237

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see225

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see225

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see203

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri