İranın əsas hədəfi bu bölgədir İsrailin “qəlbi”nə zərbə endirilə bilər
Icma.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.
İran İsraili və ABŞ-ni mümkün rejim dəyişikliyi cəhdinə görə nüvə xəbərdarlığı ilə hədələyib.
Türkiyə KİV-lərinin yaydığı məlumata görə, İran İsrail və ABŞ-nin ölkədə rejim dəyişikliyinə cəhd edəcəyi təqdirdə İsrailin nüvə proqramının əsas obyektlərindən biri hesab olunan Dimona nüvə reaktorunu birbaşa hədəfə ala biləcəyini bildirib.
Bu açıqlama ABŞ-nin bəzi kürd qruplarını silahlandıraraq İran hakimiyyətinə qarşı istifadə etməyə çalışdığı barədə iddiaların fonunda səsləndirilməsi ilə diqqət çəkib.
Qeyd edək ki, Dimona nüvə reaktoru İsrailin Neqev səhrasında, Dimona şəhərindən təxminən 13 kilometr cənub-şərqdə yerləşir. Rəsmi olaraq Neqev Nüvə Araşdırmaları Mərkəzi adlanan bu obyekt İsrailin nüvə proqramının əsas mərkəzi hesab olunur. Keçmiş İsrail prezidenti Şimon Peresin vəfatından sonra kompleksin adı Şimon Peres Neqev Nüvə Araşdırmaları Mərkəzi kimi dəyişdirilib. Bu obyekt İsrailin nüvə silah proqramının əsas dayaqlarından biri sayılır.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:175
Bu xəbər 05 Mart 2026 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















