İranın hava məkanı bağlandığına görə dünya çempionatına gedə bilmir
Icma.az, Qol.az saytına istinadən bildirir.
“İnter”in (İtaliya) hücumçusu Mehdi Taremi klublararası dünya çempionatında iştirak etmək üçün Tehrandan Kaliforniyaya uça bilməyib.
QOL.az xəbər verir ki, bu haqda “La Gazzetta dello Sport” məlumat yayıb.
İsrailin hərbi hücumları zamanı İran hakimiyyəti ölkənin hava məkanını bağlayıb. Bu zaman doğma vətənində olan İran millisinin futbolçusu paytaxt hava limanına gəlib, lakin təhlükəsizlik səbəblərinə görə oranı tərk edərək geri qayıdıb.
Mənbənin məlumatına görə, “İnter” 32 yaşlı forvardla əlaqə saxlayır və vəziyyəti həll etmək yollarını axtarır.
İyun ayının 18-də “İnter” klub dünya çempionatının qrup mərhələsində “Monterrey” ilə qarşılaşacaq. Həmçinin bu mərhələdə “neradzurrilər” “Urava” və “River Pleyt”lə də görüşəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 14 İyun 2025 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















