Icma.az
close
up
RU
İranın hədəfdə olması bölgədə digər böyük qarşıdurmaların olması deməkdir ŞƏRH

İranın hədəfdə olması bölgədə digər böyük qarşıdurmaların olması deməkdir ŞƏRH

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İran hava məkanını bağlayır.

Bakıvaxtı.az  xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, həmçinin İran ABŞ-nin təhdidləri ilə bağlı ordunu hazır vəziyyətə gətirir.

Doğrudanmı, İran və ABŞ arasında vəziyyət bu dərəcədə kritikdir? Baş verəcək hadisələr region ölkələrinə necə təsir göstərəcək?

Mövzu ilə Bakıvaxtı.az-a açıqlama verən politoloq Əli Mustafanın sözlərinə görə, ilk dəfədir ki, İranla bağlı müzakirələr ən kritik dönəmə gəlib. Müsahibimiz ehtimal edir ki, bu dönəmin özü də İrana qarşı Amerikanın hərəkətə keçməsi üçün uyğun bir dönəmdir.

Ə.Mustafa qeyd edib ki, İsrail bu yaxınlarda İrana hücum edərkən sonuncu hava hücumundan müdafiə sistemlərini sıradan çıxarıb. Onun fikrincə, İranın hava məkanını bağlaması xəbəri pafoslu görünür:

“Düşünürəm ki, İranın hava məkanı açıqdır. Amerika istədiyi vaxt istədiyi hücumu edə bilər. Edəcək də. İranın hava hücumundan müdafiə sistemləri əgər qalıbsa da, bu hücumların qarşısını alacaq səviyyədə deyil. Müdafiə imkanları yoxdur”.

Əli Mustafa: ABŞ-nin hücumları dəqiqliklə olacaq: daha çox hərbi obyektlər sıradan çıxarılacaq

Politoloq nəzərə çatdırıb ki, yalnız İran nüvə silahından imtina edərsə, nüvə proqramlarını bağlayarsa, bu qarşıdurma baş verməyə bilər. Digər hallarda isə Amerikanın İrana hücumlarını müşahidə etməyimiz mümkündür.

Ekspert Amerikanın bu istiqamətdə xeyli ciddi işlər gördüyünü deyir. Onun sözlərinə görə, bombardımançı təyyarələr, təyyarədaşıyan gəmilər, ağır bombalar gətirilir və bunlar İrana qarşı hücumun yalnız ritorika olmadığını sübut edir.

Həmsöhbətimiz onu da qeyd edib ki, hücum dəqiqliklə olacaq. Yəni mülki əhali, şəhərlər deyil, daha çox hərbi obyektlər, İranın hərbi gücü sıradan çıxarılacaq. Onun qənaətincə, SEPAH-ın hansısa kokret obyektlərinin hədəfdə olması ehtimallardan biridir.

“Amma bütün hallarda olaylar fəlakət yarada bilər. Köç, miqrasiya olarsa, bu, region ölkələrinə mənfi təsir edə bilər. İranın hədəfdə olması həm də onu deməyə əsas verir ki, bizim bölgədə digər böyük qarşıdurmaların olması ehtimalı var. Bu baxımdan narahatlıq var. Hər bir halda buna hazırlıqlı olmaq lazımdır. İranda baş verən dəyişikliklərə hazır olmalıyıq”,- deyə Əli Mustafa əlavə edib.

Mina Mikayılova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 04 Aprel 2025 13:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see286

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see277

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see262

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see250

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see237

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see236

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see225

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see221

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see215

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see210

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see210

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see210

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see210

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see198

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see196

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see193

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see185

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see182

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri