Icma.az
close
up
RU
“İranın məqsədi nüvə silahı yaratmaqdır”

“İranın məqsədi nüvə silahı yaratmaqdır”

Xalqcebhesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakir Həsənbəyli: “Təcrübədə 12 günlük müharibə var”

İranın nüvə proqramı və onun məqsədi, hətta siyasət ilə məşğul olmayanlar üçün belə, tamamilə aydındır. İran “sülh atomu” adı altında nüvə silahı əldə etmək istəyir. Bu proqramın əsasları hələ şah dövründə qoyulsa da, İran İslam Respublikası zamanı daha ciddi xarakter alıb. İranın 15 iyul 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının beş üzvü–ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və eyni zamanda Almaniya arasında bağlanmış atom müqaviləsinin əsas məqsədi də onu belə bir istəkdən məhrum etməyə yönəlmişdi. ABŞ-ın 8 may 2018-ci ildə bu müqavilədən çıxması ilə yeni bir situasiya meydana gəldi. Uranın zənginləşdirilməsi sahəsində atom müqaviləsi üzrə müəyyən edilmiş həddi dəfələrlə keçən İran atom silahı əldə edilməsinə məqsədyönlü şəkildə yaxınlaşmaqdadır.

Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Bakir Həsənbəyli deyib ki, İranın atom proqramının müvafiq silaha aid strategiyasının yönəldiyi əsas hədəflərdən birinin İsrail olması açıq-aydın ifadə edilir. Dünya mediası davamlı şəkildə İranın nüvə silahını əldə etmə istəyini gündəmə gətirir. ABŞ, İsrail və Səudiyyə Ərəbistanı isə İranı Yaxın Şərqdə ciddi təhlükə olaraq görürlər. İranın nüvə silahına sahib olmaq istəyi yeni hadisə deyil. Ötən əsrin 50-ci illərindən İran ciddi şəkildə nüvə texnologiyası ilə maraqlanıb və atomdan dinc məqsədlər üçün yararlanma işində ABŞ ona texniki dəstək verib. 1980-ci ilə qədər İran nüvə sahəsi üzrə xeyli məsafə qət etdi. Rejimin dəyişməsi və atom sahəsi üzrə mütəxəssislərin bəzilərinin İranı tərk etməsi, ağır iqtisadi çətinliklərə görə İran bir müddət atom enerjisi proqramlarını dayandır maq məcburiyyətində qaldı. 1975-ci ildə İranla Almaniya arasında bağlanmış müqaviləyə görə, İranın Buşəhr məntəqəsində inşa olunan AES-in tikintisi dayandı. Yaxın Şərqdə ilk AES olan Buşəhr stansiyasının istifadəyə verilməsi üçün 1992-ci idə Rusiya ilə danışıqlar aparıldı və 1995-ci ildə Rusiya həmin stansiyanı tamamlamağa razı oldu, nəticədə, 2012-ci ildə AES istifadəyə verildi: “İranın nüvə texnologiyası ilə maraqlanması, xüsusən, müasir imkanlar səviyyəsində uranın zənginləşdirilməsi məsələsinə diqqət yetirməsi 2002-2015-ci illərdə dünyanın ən inkişaf etmiş ölkələrində sürəkli beynəlxalq müzakirələrə və İrana qarşı müxtəlif sanksiyaların tətbiqinə səbəb oldu. Sanksiyaların qaldırılmasına çalışan İran 2015-ci ilin iyul ayında 5+1 formulu ilə dünyanın beş dövləti ilə ortaq geniş çalışma planı üzrə müqavilə bağladı. İran 20 il müddətində müəyyən edilmiş miqdarı keçməmək və atom enerjisindən dinc məqsədlərlə istifadə etmək barədə öhdəlik götürmüşdür. Razılaşmaya əsasən, Atom Enerjisi üzrə Beynəlxalq Agentlik müntəzəm olaraq İran ərazilərində nüvə texnologiyası üzrə fəaliyyət göstərən bütün laboratoriya və müəssisələrə nəzarət edirdi. 16 yanvar 2016-cı ildə İrana tətbiq edilən sanksiyalar qaldırıldı. 30 aprel 2018-ci ildə İsrailin Baş naziri B.Netanyahu bildirdi ki, ölkəsinin hərbi kəşfiyyatı İranın atom tədqiqatları aparmaqda gerçək məqsədi nüvə silahı yaratmaqdır və onun beş ədəd 10 kilotonluq nüvə başlıqlı raketi demək olar ki, hazırdır. Bu iddianın ardından bir həftə sonra yuxarıd qeyd edildiyi kimi ABŞ-ın o, vaxtkı prezidenti D.Tramp 2018-ci ilin may ayının 8-də öz ölkəsinin birtərəfli qaydada ortaq geniş çalışma planı üzrə müqavilədən çıxdığını və İrana yenidən sanksiyalar tətbiq etmək niyyətində olduğunu bildirdi”.

İranın bu addıma cavab reaksiyası gecikmədi və müqavilə üzrə öhdəliklərin bir qismini yerinə yetirməkdən imtina edəcəyini bəyan etdi. Müqaviləyə görə, İran nüvə enerjisi üçün yalnız 3, 67% limitində uran zənginləşdirə bilər. İran dəfələrlə atom enerjisindən ancaq dinc məqsədlər üçün istifadə etməyə çalışdığını bəyan etsə də, Qərb ekspertlərinin iddiasına görə, bu ölkənin yetərincə az miqdarda zənginləşdirilmiş uran ehtiyatı var və yaxın gələcəkdə onlardan ən azı iki nüvə başlıqlı raket düzəldə bilər. İranın nüvə silahına sahib ola bilməsi ehtimalından bəzi ölkələr, məsələn, Səudiyyə Ərəbistanı və İsrail təşviş içəndədir. İranda təhlükəsizlik məqsədilə KİV-lərdə haqlarında məlumat verilməyən, xüsusi qoruma altında tutulan nüvə mütəxəssislərinə qarşı zaman-zaman təxribatlar törədilir. Xüsusi xidmət orqanlarının bütün səylərinə baxmayaraq önəmli mütəxəssisləri terrordan qorumaq mümkün olmur. İran isə özünün regional siyasətində və ya nüvə proqramının gerçəkləşməsində güzəştə gedənə bənzəmir: “Əksinə, o ümid edir ki, ABŞ İrana qarşı münasibətində müsbətə doğru dəyişiklik edəcək, 2018-ci ildə nüvə sazişindən imtina etməklə, tətbiq etdiyi sanksiyalarla İrana vurduğu astronomik iqtisadi zərərin kompensasiyasını ödəyəcəkdir. Xatırladaq ki, 12 dekabr 2010-cu ildə İranın Ali Dini Rəhbəri nüvə və kimyəvi silahların haram edilməsi ilə bağlı fətva verib. İranın 60% zənginləşdirilmiş uranı, Tehran milyardlarla dollar sərmayə qoymağa başlamasa, uzun müddət ərzində istifadəsiz qalacaq. Bu, İranın nüvə proqramının inkişafı üçün maliyyə vəsaitlərinin vacibliyini göstərir. Uranın zənginləşdirilməsi, nüvə silahı istehsalı üçün mühüm bir addımdır. Zənginləşdirilmiş uranın miqdarı və keyfiyyəti, ölkənin nüvə silahı əldə etmək istəyinin göstəricisi kimi dəyərləndirilir. İranın 60% zənginləşdirilmiş uranı, hərbi məqsədlər üçün istifadə edilə biləcək səviyyəyə yaxındır. Lakin, bu uranın effektiv şəkildə istifadəsi üçün əlavə resurslar və texnoloji imkanlar tələb olunur. İranın nüvə proqramına milyardlarla dollar sərmayə qoyması, bu sahədəki ambisiyalarını və beynəlxalq sanksiyalara baxmayaraq, inkişaf etmək istəyini göstərir. Bu sərmayələr, uranın zənginləşdirilməsi prosesini optimallaşdırmaq, yeni texnologiyalar əldə etmək və nüvə obyektlərini qorumaq üçün nəzərdə tutulur. Beynəlxalq ekspertlər, İranın nüvə proqramının gələcəyi ilə bağlı müxtəlif fikirlər səsləndirirlər. Bəziləri, İranın nüvə silahı əldə etmək istəyini ciddi qəbul edir və bu vəziyyətin regionda gərginliyi artıracağını düşünürlər. Digərləri isə, İranın nüvə proqramının əsas məqsədinin dinc məqsədlər üçün enerji istehsalı olduğunu və beynəlxalq nəzarətin vacibliyini vurğulayırlar. İranın nüvə proqramı ilə bağlı vəziyyət, beynəlxalq müzakirələrin və diplomatik səylərin davam etdirilməsini tələb edir. Bu, regionda sülh və təhlükəsizliyin təmin olunması üçün mühüm əhəmiyyət kəsb edəcək. İranın nüvə proqramına dair son inkişaflar, beynəlxalq ictimaiyyətin diqqətini çəkməyə davam edəcək. Son hakimiyyət dəyişikliyindən sonra İran Xarici İşlər Nazirliyinə rəhbərlik edən Abbas Əraqçi nüvə sazişinin bərpası ilə bağlı Tehranın Qərb ölkələri ilə danışıqlara hazır olduğunu açıqlayıb. Diplomatın sözlərinə görə, planın bəzi hissələri artıq faydasını itirib, bəziləri isə köhnəlib. Amma ümumilikdə əvvəlki düstura qayıtmaq, sanksiyaların ləğvi müqabilində etimad mühiti yaratmaq mümkündür. MAQATE-nin baş direktoru Rafael Qrossi müsahibələrinin birində qeyd etmişdi ki, 5+1 sazişi heç kəsin riayət etmədiyi bir razılaşmadır. Agentlik rəhbərinin fikrincə, İran nüvə silahı yaratmaq qərarına gəlsə, regionun digər ölkələri də ondan nümunə götürəcək və bu, nüvə silahının yayılmaması haqqında sazişin tamamilə pozulmasına gətirib çıxaracaq. İran nüvə proqramı ətrafında vəziyyəti gərginləşdirməkdə davam edir. Belə olan təqdirdə diplomatik proses üçün məkan daralır. Bu vəziyyət isə İran üçün optimist düşüncəyə imkan vermir. Təcrübədə 12 günlük müharibə var”.

Cavid

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 17 Dekabr 2025 23:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147

Öskürəndə başınız ağrıyır: səbəbi nədir, necə yüngülləşdirmək olar?

28 Sentyabr 2026 10:51see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri