İranın milli valyutasının adı dəyişdirildi: Yeni pul vahidi dövriyyəyə daxil olur
Icma.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
İranın Nazirlər Kabineti ölkənin pul vahidinin adının dəyişdirilməsi və mili valyutadan dörd sıfırın silinməsi barədə qərar qəbul edib. Yeni plana əsasən, İranın pul vahidi "tümən" və "qıran" olacaq.
"Azad İran" "Telegram" kanalı IRNA agentliyinə istinadən xəbər verir ki, bununla bağlı hökumət sözçüsü Fatimə Mühacirani məlumat verib.
Onun sözlərinə görə, vətəndaşların yeni valyuta sisteminə uyğunlaşması üçün keçid dövründə tümən və rial eyni vaxtda istifadə olunacaq.
F.Mühacirani bildirib ki, bu dəyişiklik uzun illərdir müzakirə olunur və ilk dəfə 2008-ci ildən gündəmdədir.
O bu addımın inflyasiyanın yaratdığı çətinlikləri azaltmaq, pul dövriyyəsini asanlaşdırmaq və gündəlik hesablamalarda çoxrəqəmli ədədlərin istifadəsini minimuma endirmək məqsədi daşıdığını deyib.
Baxış sayı:106
Bu xəbər 11 Avqust 2025 17:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















