Icma.az
close
up
RU
İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?

İranın müdafiə naziri Bakıda ABŞ və İsrail yetkililəri ilə görüşüb?

Icma.az bildirir, Turkstan.az portalına istinadən.

Bakı yenidən səssiz diplomatiyanın mərkəzinə çevrilir?

İranın müdafiə və silahlı qüvvələrə dəstək naziri briqada generalı Əziz Nəsirzadənin Bakıya səfəri regionda artan gərginlik fonunda diqqətlə izlənir.

Turkustan.az xəbər verir ki, səfər rəsmi açıqlamalarda Azərbaycan–İran hərbi əməkdaşlığı, regional təhlükəsizlik və sabitlik məsələləri ilə izah olunsa da, diplomatik və siyasi dairələrdə bu gəlişin daha geniş kontekstdə qiymətləndirildiyi müşahidə olunur.

Rəsmi görüşlər çərçivəsində İranın müdafiə naziri Azərbaycan Prezidenti tərəfindən qəbul edilib, müdafiə naziri Zakir Həsənovla danışıqlar aparıb. Lakin səfərin vaxtlaması – Yaxın Şərqdə İran, ABŞ və İsrail arasında müharibə ritorikasının yenidən kəskinləşdiyi bir dövrə təsadüf etməsi – Bakının mümkün pərdəarxası diplomatik rolunu gündəmə gətirib.

Məlumdur ki, Azərbaycan dövləti ötən il rəsmi səviyyədə açıqlamışdı ki, Bakı daha əvvəl Türkiyə–İsrail xətti üzrə mətbuata çıxarılmayan, qapalı görüş və danışıqlara ev sahibliyi edib. Həmin açıqlama ilə faktiki olaraq təsdiqlənmişdi ki, Azərbaycan müəyyən hallarda regional və beynəlxalq gərginliklərin azaldılması məqsədilə səssiz diplomatiya platforması kimi çıxış edir.

Bu presedent Bakının təkcə açıq diplomatiya deyil, həm də vasitəçi və mesaj ötürücü kanal kimi fəaliyyət göstərdiyini göstərən nadir rəsmi etiraflardan biri kimi qiymətləndirilmişdi. Dövlətin mövqeyinə görə, bu tip proseslər açıqlanmadığı halda, mediaya heç bir məlumat sızmır və ictimaiyyət onlardan xəbər tutmur.

Məhz bu kontekstdə İranın müdafiə nazirinin Bakıya səfəri yeni suallar doğurur. Ekspert dairələrində hesab olunur ki, Azərbaycan İranla normal və işlək münasibətlərə malik olmaqla yanaşı, ABŞ və Qərb strukturları ilə dialoqunu qoruyur, eyni zamanda İsraillə strateji əməkdaşlıq xəttini davam etdirir. Bu nadir balans Bakını dolayı danışıqlar üçün etibarlı platformaya çevirir.

Bəzi siyasi müşahidəçilərin fikrincə, hazırkı mərhələdə Bakı birbaşa ABŞ–İran və ya İran–İsrail görüşlərinin keçirildiyi məkan olmasa belə, tərəflər arasında mesajların ötürülməsi, mövqelərin dəqiqləşdirilməsi və müharibə riskinin azaldılması istiqamətində dolayı rol oynaya bilər. Bu yanaşma Türkiyənin daha əvvəl İsrail–Türkiyə, eləcə də Suriya–İsrail xəttində həyata keçirdiyi vasitəçilik modelinə bənzər bir mexanizm kimi qiymətləndirilir.

Azərbaycanın regionda sabitlikdə maraqlı olduğu və müharibə ssenarilərinin qarşısının alınmasına töhfə vermək istədiyi dəfələrlə rəsmi səviyyədə vurğulanıb. Bu baxımdan İranın müdafiə nazirinin Bakıya səfəri rəsmi gündəmdən kənarda daha geniş diplomatik ehtimallarla oxunur.

Beləliklə, səfər açıq şəkildə ikitərəfli münasibətlər çərçivəsində təqdim edilsə də, Azərbaycanın daha əvvəl açıqladığı gizli diplomatik presedentlər fonunda Bakının İran–ABŞ və İran–İsrail xəttində gərginliyin azaldılmasına yönəlik səssiz proseslərdə iştirak etməsi ehtimalı istisna edilmir. /Musavat.com/

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 09 Fevral 2026 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri