Icma.az
close
up
RU
İranın Neft və qaz nazirinin oğlunun xanımı idim

İranın Neft və qaz nazirinin oğlunun xanımı idim

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Boşanmasına görə peşman olmadığını açıq şəkildə dilə gətirən müğənni Nura Suri diqqətçəkən açıqlamaları ilə gündəm olub.

Milli.Az-ın məlumatına görə, sənətçi etiraf edib ki, keçmiş həyatında maddi rahatlığa həddindən artıq güvənməsi onun ən böyük səhvlərindən biri olub:

"Çox səhv etmişəm ki, əvvəllər ancaq brend geyimlər geyinirdim. Hər şey yoldaşımın qazancı idi, buna o qədər də fikir vermirdim. O vaxt düşünürdüm ki, xoşbəxtəm - həyat yoldaşım qazanır, istədiyimi alır".

Nura Suri bildirib ki, əsl xoşbəxtlik insanın öz ayaqları üzərində dayanmasından keçir:

"Əsl xoşbəxtlik odur ki, insan özü-özünün ağası olur. Hər şeyi öz qərarınla verirsən - nə alacaqsan, nə almayacaqsan. Hər şey hazır olanda xoşbəxt görünə bilərsən, amma Allah uzaq etsin, həyat yoldaşın çətin vəziyyətə düşsə, "bankrot" olsa və həbs olunsa, sən heç vaxt işləməmisənsə, heç nə bacarmırsansa, bir neçə uşaqla kimdən asılı qalacaqsan?"

Müğənni qadınların müstəqil olmasının vacibliyini xüsusi vurğulayıb:

"Qadın ailə qursa da, qurmasa da, öz ayaqları üzərində dayanmağı bacarmalıdır. Bacarıqları olmalıdır - tort bişirmək, dərzilik etmək və ya başqa işlər. Saç rəngi, geyim seçimi kimi məsələlərdə belə qərarı özü verməlidir. Bahalı və ya ucuz - bunlara qadın özü qərar verməyi uşaqlıqdan öyrənməlidir, ərdən-qardaşdan soruşmaqla yox".

Nura Suri həmçinin keçmiş həyatının dəbdəbəli və nüfuzlu olduğunu da gizlətməyib:

"Çox nüfuzlu ailənin gəlini olmuşam. İranın Neft və qaz nazirinin oğlunun həyat yoldaşı idim. Qayınatamın, yoldaşımın adı 'Forbes' jurnalında yer alırdı".

Sənətçi bildirib ki, ayrılıqdan sonra əsas məsələ övladlarının həyat səviyyəsini qoruyub saxlamaqdır:

"Ayrılandan sonra övladlarını əvvəlki kimi yaşada bilmək öhdəliyin olur. Mən buna çalışmışam və ayrıldığıma görə peşman deyiləm. Sadəcə bəzən düşünürəm ki, evlilikdə bəzi sözləri deməyə bilərdim".

Sonda isə münasibətlərdə əsas amilin qarşılıqlı anlayış olduğunu vurğulayıb:

"İki insan bir-birinə hüzur verirsə, anlayış varsa, sevgi olmasa belə birlikdə yaşamaq mümkündür. Amma sevgi olub anlayış yoxdursa, dünya dağılsa belə, o ailəni davam etdirmək mümkün deyil"

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:644
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 05 Aprel 2026 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see358

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see349

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see296

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see265

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see262

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see246

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see239

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see224

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see217

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see216

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see210

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see205

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see204

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see201

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see195

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see190

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see183

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see180

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see176

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri