Icma.az
close
up
RU
“Kontakt” Əlinin sevgisinə səs verdi

“Kontakt” Əlinin sevgisinə səs verdi

Gununsesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Kontakt” baş ofisində 12 yaşlı Əli Fətəliyevin rəsmlərindən ibarət sərgi təşkil edib. Sərgidə Əlinin illər ərzində çəkdiyi mağaza, telefon və reklam afişası rəsmləri nümayiş olunub. Bütün rəsmlər satılıb, satışdan əldə olunan vəsait Əlinin ailəsinə təqdim edilib. Görüşdə ona iPad və Apple Pencil də hədiyyə olunub. Əlinin rəsmləri bir neçə gün əvvəl anasının sosial şəbəkədə paylaşdığı videodan sonra diqqət çəkib: https://www.instagram.com/reel/DgDCMwUN7SH/

Anası deyir ki, ailə alış-verişə çıxanda Əli “Kontakt”a da baş çəkmək istəyir. Mağazada məhsullara diqqətlə baxır, evə qayıdanda isə yadında qalanları çəkir. Rəsmlərində mağazanın üzərindəki *6060 nömrəsindən tutmuş telefonların kameralarına qədər xırda detalları görmək olur. Əlinin anası paylaşımında deyib: “Bəziləri düşünə bilər ki, yəqin biz onu bu istiqamətə yönləndiririk. Amma Əlini tanıyanlar yaxşı bilir ki, Əli kimi özəl uşaqları heç nəyə vadar etmək mümkün deyil. O, yalnız ürəyindən gələnləri, sevdiklərini çəkir”.

İzləyicilər videonun şərhlərində “Kontakt”ı işarələyərək komandanın diqqətini Əlinin rəsmlərinə çəkiblər. Paylaşımı görən “Kontakt” komandası Əlini və ailəsini baş ofisə dəvət edib. Sərgidə “Kontakt”ın baş direktoru Həsən İsrafilzadə Əliyə təşəkkür edib: “Kontakt həmişə işləyir, çox iş görürük. Hərdən nəsə yaxşı olur, hərdən nəsə pis. Amma bugünkü qədər bizi sevindirən az şey olub. Sən bizə bu qədər sevgi ilə yanaşırsan, çox sağ ol”. Daha sonra tədbir barədə Əlinin öz səhifəsində də paylaşım edilib: https://www.instagram.com/reel/DgKydu7Nuzp/ 

Əlinin hekayəsi göstərib ki, insan sevdiyi yeri bəzən çəkdiyi bir rəsmlə, heç kimin fikir vermədiyi xırda bir detalla da anlatmağı bacarır. “Kontakt” üçün bu günün ən böyük sevinci isə Əlinin illər boyu rəsmlərində göstərdiyi sevgiyə onu öz sərgisində qarşılamaqla cavab vermək olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Noyabr 2026 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see450

Putin süni intellektlə bağlı qərar imzaladı

24 Noyabr 2026 23:02see359

Tramp Mirziyoyevə hədiyyəyə görə təşəkkür etdi

24 Noyabr 2026 23:01see358

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see334

Dünya rekordçusu 33 yaşında vəfat etdi

24 Noyabr 2026 22:59see327

Brilyant niyə dəyərdən düşür? (Video)

24 Noyabr 2026 23:26see326

Moskva ilə körpüləri yandırmaq istəmirik Ermənistan XİN

24 Noyabr 2026 23:56see314

Azərbaycanəsilli siyasətçi İsveçdə rəhbər vəzifəyə seçildi

25 Noyabr 2026 00:21see312

İran atom bombası əldə edə bilərmi? İsrailin qorxduğu ssenari

24 Noyabr 2026 23:32see312

Demet Akalın jurnalistlərin qarşısında pərt oldu VİDEO

24 Noyabr 2026 19:21see306

Mərkəzi Gömrük Hospitalı SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası Gəncə şəhər filialında tibbi sosial aksiya keçirib

25 Noyabr 2026 06:36see295

“PayPal” Azərbaycanda tam işləyəcək

24 Noyabr 2026 16:33see286

Zəngəzur dəhlizi İpək Yolunun yeni iqtisadi arteriyasına çevrilə bilər

24 Noyabr 2026 17:41see281

800 kişi ilə münasibətdən sonra süni intelektə aşiq oldu

24 Noyabr 2026 23:20see271

Şahmat tacı uğrunda mübarizə başladı: Sindarov heç heçəyə tələsdi, Qukeş iki dəqiqə qazandı

24 Noyabr 2026 23:57see268

Yatmazdan əvvəl su içmək istəyi hansı xəstəliklərdən xəbər verir? Həkim AÇIQLADI

24 Noyabr 2026 16:27see261

Kəlbəcər bir güllə atılmadan azad edildi ŞƏRH

24 Noyabr 2026 19:11see260

Səhiyyə nazirinə yeni müşavir TƏYİN EDİLDİ

24 Noyabr 2026 20:11see252

İş görməyə həvəsin, gücün yoxdur? Bu iki hormonu yoxladın

24 Noyabr 2026 19:02see251

Rusiyanın avtobus nəhəngi iflas həddindədir...

24 Noyabr 2026 20:51see239
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri