Zəngəzur dəhlizində tikinti başladı, ABŞ dan reaksiya gəldi: Geniş türk dünyası ilə...
Turkstan.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
TRIPP layihəsi həm Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən münaqişəni həll etmək, həm də ABŞ-ın Qafqazdakı təsirini gücləndirmək üçün nəzərdə tutulub.
Turkustan.az xəbər verir ki, bu barədə “The Washington Examiner” nəşrində dərc edilmiş məqalədə bildirilir.
Nəşr bildirib ki, TRIPP-in tətbiqi müvəqqəti olaraq dayandırılmışdı, lakin tikinti işləri nəhayət bu həftə başlad:
“TRIPP Ermənistan, Türkiyə, Azərbaycan və ABŞ üçün mühüm quru ticarət yoluna çevriləcək. Türkiyə İran və Rusiyanı keçərək daha geniş türk dünyası ilə əlaqə quracaq.
ABŞ bu marşrutda ən çox maraqlı tərəflərdən biri olacaq, əhəmiyyətli iqtisadi investisiyalar alacaq, Ermənistan və Azərbaycanla tərəfdaşlıq əlaqələrini gücləndirəcək.
Tarixən Ermənistan Rusiyanın yaxın müttəfiqi və praktik olaraq onun himayəsi altında olub, ABŞ-la rəsmi münasibətlər isə minimal səviyyədə qalıb. TRIPP və Trampın Ermənistan və Azərbaycana yönəlmiş təşəbbüsləri münasibətləri görünməmiş səviyyəyə qaldırıb və "Rusiyanın həyətyanı sahəsini" ABŞ ilə rəqabət zonasına çevirib”, - məqalədə deyilir./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:106
Bu xəbər 26 Noyabr 2026 12:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















