Icma.az
close
up
RU
İranın növbəti İKİÜZLÜLÜYÜ ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR...

İranın növbəti İKİÜZLÜLÜYÜ ABŞ qüvvələri Ermənistana gəlir, İran yenə SUSUR...

Bizim media saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, Ermənistan XİN rəhbəri Ararat Mirzoyanın Vaşinqton səfəri fonunda ABŞ dövlət katibi Entoni Blinkenlə onun arasında strateji tərəfdaşlıq haqqında saziş imzalanıb.
 

MÖVZU İLƏ BAĞLI:
Region böyük təhlükə ilə ÜZ-ÜZƏ - İran nüvə silahını ƏLDƏ EDƏRSƏ...


Bundan başqa bəlli olur ki, sərhəd təhlükəsizliyi məsələsində birgə iş aparmaq məqsədilə ABŞ Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək.
Aydın məsələdir ki, bu addımlar regionda sabitliyə deyil, gərginliyin artmasına xidmət edir.
Bu isə region ölkələrinin narahatlığına səbəb olmalıdır. Amma maraqlıdır ki, ABŞ-a özünün bir nömrəli düşməni kimi baxan İran İrəvanla Vaşinqton arasında imzalanan razılaşmalara göz yummaqda davam edir. Halbuki, digər qonşular hansısa başqa bir ölkə ilə müəyyən sazişlər imzalayan kimi Tehran hay-küy qaldırır.
İrəvana münasibətdə isə həmişə olduğu kimi, Tehran yenə də susur.
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən siyasi elmlər doktoru, professor Elşad Mirbəşiroğlunun fikrincə, İranın ABŞ-Ermənistan strateji tərəfdaşlıq məsələsinə sakit yanaşması Tehranın özünün də regionda gərginlik yaranmasında maraqlı olduğuna işarədir:
“ABŞ-la Ermənistan arasında strateji tərəfdaşlıq sazişinin imzalanması bütövlükdə region üçün yaxşı heç nə vəd etmir. ABŞ bir qayda olaraq strateji tərəfdaş etdiyi ölkələrdən həmin coğrafiyada gərginlik yaradılması üçün istifadə edib. Deməli, Cənubi Qafqaz regionunda da Ermənistan özünü ABŞ-ın tam olaraq aləti rolunda təsdiq edir.
Sözügedən sənədə əsasən, ABŞ Ermənistana hərtərəfli dəstək nümayiş etdirəcək. Burada həmçinin hərbi dəstəkdən də söhbət gedir. Vaşinqtonla İrəvan arasında hərbi əməkdaşlıq inkişaf etməkdədir. Birgə hərbi təlimlər keçirlər. Eyni zamanda, Ermənistan sərhədlərinə ABŞ-ın sərhəd mühafizəçiləri göndəriləcək. Bu isə ilk növbədə İranı ciddi narahat etməlidir. Çünki İrana qarşı sanksiyaların əsas təşəbbüskarı məhz ABŞ-dır”.
Ekspert qeyd edir ki, İran isə Ermənistanın bu hərəkətinə həmişə olduğu kimi susur:

“İran Ermənistanın bu addımı ilə bağlı sadəcə olaraq, prosesləri seyr etməklə kifayətlənir. Bu isə sual doğurur. Ermənistana İranla münaqişə vəziyyətində olan Qərb dövlətləri yaxından və hərtərəfli dəstək göstərməkdədir. Avropa İttifaqının müşahidə missiyası da Ermənistandadır. Tehran bu məsələdə də susmağa üstünlük verib.
Yayılan məlumatlara görə, həmin müşahidə missiyası da binokl diplomatiyası ilə məşğuldur.
İrəvanla Vaşinqton arasında strateji tərəfdaşlıq isə bütövlükdə İranın da yerləşdiyi regionda gələcəkdə yenidən gərginlik yarada və Ermənistan yenidən münaqişə tərəfinə çevrilə bilər. Gələcəkdə ondan da gərginlik yaradılması üçün istifadə oluna bilər. Belə bir vəziyyətdə İran baş verən prosesə göz yumursa, deməli onun özü də regionumuzda növbəti gərginliyin yaranmasında maraqlıdır”.
Rüfət Sultan, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://bizim.media
archiveBu xəbər 17 Yanvar 2025 09:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see178

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see136

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri